YAMAN

sif.
1. Pis. Yaman arvadlının evi cəhənnəmdir. ( Ata. sözü ).

Biçarə münəccimbaşı yaman (z.) halda idi. M.F.Axundzadə.
Bu dünyada üç şey başa bəladı; Yaman oğul, yaman arvad, yaman at. Aşıq Ələsgər.
Saldız axırda yaman halə məni. M.Ə.Sabir.

2. Rəhmsiz, insafsız, əzazil. Yaman adamdır, onunla ehtiyatlı ol.

– Kərəm kimi mən oduna yananam; Dostuna dost, düşməninə yamanam. Aşıq Əziz.

3. məc. Təsiri şiddətləndirmək üçün bəzən “çox”, “həddindən artıq”, “bərk”, “tez”, “şiddətli” kimi mənalarda işlənir. Yaman işə düşmüşdüm. Bu gün yaman istidir.

– Qara Pəhləvan yaman güclü, həm də yaman əyyar idi. Koroğlu”.
Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu. N.Nərimanov.
Ey könül, fürsəti badə vermə gəl; Gün keçir, ay keçir, il yanan gedir. M.Rahim.

// Bəzən “çox yaxşı”, “əla” mənasında işlənir. Yaman atandır. Yaman çalır. Yaman qoçaqdır.
4. is. Qarğış.

Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi İzzət uca səslə onun üstə qışqırıb başladı yamanı. C.Məmmədquluzadə.

5. tib. Həyat üçün təhlükəli, çox qorxulu, xətərli, zərərli, pis. Yaman şiş. Yaman yara.
// dan. İs. mənasında.

Dilərəm üzünə çıxsın bir yaman; Müdam zəhər olsun alnı namərdin. (Qoşma).

◊ Yaman demək – söymək.

Şaban nənə Əsədi qabağına salıb yaman deyə-deyə (z.) gedir. C.Məmmədquluzadə.

Yaman dəymiş – qarğış ifadəsi.

Alo kişi … yabının yox olduğunu gördü: – Əşi, bu yaman dəymiş hara əlli-ayaqlı itdi. S.Rəhimov.

Yaman göz – gözdə, baxışda bədbəxtlik gətirən əsrarəngiz sehirli qüvvə.

Yaman gözə şeşələnən buynuz hədəfə; Bu daş çoxdan atılmışdı; İndi çatırdı. M.Araz.

Yaman gün1) pis gün; ağır, əziyyətli, məhrumiyyətlərlə dolu vəziyyət. Yaman günün ömrü az olar. ( Ata. sözü );
2) ağır vəziyyət (hal), pis vəziyyət.

Fətulla … yaman gündə yatırdı. Mir Cəlal.

Yaman günə (hala, kökə) düşmək – səhhətcə, zahiri görünüşcə, yaxud maddi vəziyyətcə pis hala düşmək.

Su tükəndi sənəkdən; Sənək sındı biləkdən; Bir yaman günə düşdüm; Qurtarmadım kələkdən. (Bayatı).

Yaman günə salmaq – korlamaq, xarab etmək, pis hala (vəziyyətə) salmaq.

Yaxşılığı əlimizdən alıblar; Yaxşı bizi yaman günə salıblar. Şəhriyar.

Yaman olmaz – pis olmaz, yaxşı olar.

[Hüseyn:] Gedib ona bir baş çəksən, yaman olmaz. Qantəmir.

Yaman yerdə axşamladıq – gözlənilmədə, çətin, çıxılmaz, təhlükəli vəziyyətə düşdükdə deyilən ifadə.

[Əlibala] əsəbi bir halda başını bulayıb deyindi: – Yaman yerdə axşamladıq! M.Süleymanov.

 

 

YAMAN nədir? – YAMAN nedir? – YAMAN sözünün mənası – YAMAN sozunun menasi – YAMAN nə deməkdir? – YAMAN ne demekdir? – YAMAN sözünün izahı – YAMAN sozunun izahi – YAMAN sözünün istifadəsi – YAMAN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.