Texnopark

Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (şirkətlərlə ortaq fəaliyyətlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Başqa sözlə texnoparklar insan kapitalını sürətli inkişaf etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır.

HPV

Papilloma virus nədir?
İPV (insan papilloma virusları) papovavirus ailəsinə mənsub, papillomavirus cinsinin viruslarıdır. Yalnız insandan insana ötürülərək toxumalarda dəyişikliklərə səbəb olurlar.  İPV-nın 100 dən çox tipi məlumdur. Onlardan 40 dan çoxu kişi və qadınlarda anogenital traktda (cinsi orqanlar və anal nahiyyədə) şişuclu kondilomaları əmələ gətirirlər. Bunlardan bəziləri zərərsiz hesab olunsa da , bir qismi ziyillər əmələ gətirir, digərləri isə xərçəngə səbəb olurlar.

Yayılması
Cinsi yolla yoluxan xəstəliklər içərisində çox yayılan viruslardan hesab olunur.

 

Həyat tsiklləri
Virusların sərbəst yaşama qabiliyyətləri olmadığını nəzərə alaraq onların “sahib” orqanizmdəki həyat fəaliyyətləri öyrənilmişdir.

Hal-hazırda papillomaviruslarının insanda 100 dən çox tipi (ştammları) tapılr. Tipin nümayəndələrinin bir çoxu xoşxassəli və bədxassəli onkoloji proseslərə səbəb olurlar. Onların uşaqlıq boynu xərçəngi törətməsi faktı məlumdur. Papillomaviruslar növspesifik və tipspesifik antigenə malikdirlər. Törədicilərə episomlar şəklində keratositlərdə rast gəlinir.

XX əsrin 80- ci illərində uşaqlıq boynu xərçəngi ilə papillomaviruslar arasında bağlılıq ehtimal olunurdusa da sonradan bu təsdiq olundu. 2011 ci ildə isə Avstraliya alimləri süd vəzi xərçəngi ilə bu viruslar arasında əlaqənin olduğunu bildirdilər.

Yoluxma yolları:
– Anogenital ziyillərin (şişuclu kondilomaların) əsas yayılma yolu cinsi hesab olunur. Bura eyni zamanda oral-genital və anal kontakt da daxildir.
– Yenidoğulmuşlarda yoluxma doğuş zamanı baş verir ki bu da  uşaqlarda laringeal papillomatoza və körpələrdə  anogenital ziyillərə səbəb olur.
– Törədicilər uzun müddət ictimai yerlərdə (hamam, sauna, basseyn) həyat qabiliyyətlərini saxladığından insan orqanizminə cızıq və zədə yerlərindən keçə bilirlər.
– Autoyoluxma (autoinokulyasiya ) da mümkündür.

Orqanizmə düşən papilloma virusları epitel sahəni zədələyirlər. Lakin əsas zədələnmə sahəsi  çoxqatlı yastı epitelinin silindrik epiteliyə keçid sahəsi hesab edilir. Zədələnmiş hüceyrədə virus iki formada olur: episomal (hüceyrəxarici) hansı ki xoşxassəli forma hesab edilir və introsomal (hüceyrədaxili, genoma təsir edərək) bədxassəli şişi meydana gətirir.

Xəstəliyin inkubasiya dövrü 2 həftədən bir neçə ilə qədər davam edə bilər. İnfeksiya üçün əsasən gizli gedişat (latent) xarakterikdir. İnsan eyni zamanda virusun bir neçə növünə yoluxa bilər. Müxtəlif faktorların təsiri altında virusun aktivləşməsi baş verir ki,  bu zaman klinik mənzərə meydana çıxır. Çox hallarda isə (90 %) 6-12  ay ərzində öz-özünə sağalma qeyd edilsə də bəzən xroniki residivləşən formaya da keçid baş verir.

Virusun tipləri və onların klinik təsnifatı:
Məlum olan virus tiplərini 3 əsas qrupa bölmək olar

– Qeyri onkogen papillomaviruslar (HPV 1,2,3,5)
– Aşağı onkogen risqli papillomaviruslar (HPV 6,11, 42, 43, 44)
– Yüksək onkogen risqli papillomaviruslar ( HPV 16, 18, 31, 33, 35, 39, 45, 51, 52, 56, 58, 59, 68)
UBX (uşaqlıq boynu xərçəngi) və İPV
Uşaqlıq boynu xərçəngi ( yastı epiteli xərçəngi, Cervical cancer). Virusun iştirakı olmadan uşaqlıq boynu xərçənginə rast gəlinməmişdir. Patologiya kolposkopik, sitoloji və histoloji müayinə nəticəsində aşkara çıxarılır. Yüksək risqli İPV – 16, 18 ə 70 % hallarda rast gəlinir. 16 cı tip isə 41-54 % hallarda uşaqlıq boynu xərçənginə səbəb olur.

Virusun diaqnostikası, PZR vasitəsilə tipləşdirmə

PZR metodu böyük diaqnostik əhəmiyyətə malik olaraq İPV nun ayrı-ayrı tipini aşkarlayır.

Virusun profilaktikası:
Qadın və qızlarda (10 yaşdan başlayaraq) 16 və 18-ci tip insanın papillomaviruslarının törətdiyi uşaqlıq boynu xərçənginə qarşı Cervarix vaksini təyin olunur.

http://saglamaile.az/az/hpv

züyültü

züyültü : is.

  • Züyüldəmək işi, körpəuşağın ağlamaq səsi, ağlaması. // İnilti
  • İti gedən, sürüşən şeyin çıxardığı səs;vıyıltı. Minalar züyültü ilə süzüb gələrəksağda-solda partlayır, .. güllələr cır arılarkimi [İdrisin] başının dövrəsində vızıldayırdı.Ə.Məmmədxanl