TAPMAQ
1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. Axtardığı kitabı tapmaq.
// Eyni mənada adam haqqında.
// İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. İtirdiyi pulu tapmaq. Açarı stolun yeşiyindən tapmaq.
// Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. Oğlunu tapmaq.
// Əldə etmək, ələ keçirmək.
[Fərhad] sağ cibini qurdaladı.
// Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. Qazdan kauçuk almaq üsulunu tapmaq. Yeni neft yataqları tapmaq.
// Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. Məsələnin cavabını tapmaq. Sözün kökünü tapmaq.
2. Çox axtararaq axırda əldə etmək; tapıb almaq. Ayağıma, nəhayət, ayaqqabı tapdım.
3. məc. Görmək, hiss etmək.
// məc. Birini hər hansı bir vəziyyətdə, halda görmək. Atasını xəstə halında tapdı.
// məc. Əldə etmək, nail olmaq.
4. Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. Deməyə söz tapmısan! Tərifləməyə adam tapdınız!
5. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: fürsət tapmaq, macal tapmaq, söz tapmaq, nöqsan tapmaq, yol tapmaq və s.
TAPMAQ nədir? – TAPMAQ nedir? – TAPMAQ sözünün mənası – TAPMAQ sozunun menasi – TAPMAQ nə deməkdir? – TAPMAQ ne demekdir? – TAPMAQ sözünün izahı – TAPMAQ sozunun izahi – TAPMAQ sözünün istifadəsi – TAPMAQ sozunun istifadesi