YOL
1. Gediş-gəliş və nəqliyyat işləməsi üçün zolaq şəklində ayrılmış yer. Kəndarası yol. Bu yol haraya gedir? Avtomobil yolu. Şose yolu.
□ Yol çəkmək – şose, yaxud dəmir yolu inşa etmək.
Yol salmaq – 1) bir yerdən çox gedibgələrək oranı işlək hala gətirmək;
2) bax yol çəkmək.
// Təyyarələrin, gəmilərin hərəkət etdiyi xətt. Hava yolu. Dəniz yolu. Su yolu.
// Keçiləcək yer, keçid, keçmək üçün yer. Yolda dayanmaq. Yolu kəsmək. Kolları qırıb yol açmaq. Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi.
2. Dəmiryol xətti; rels. Qatar yolda durmuşdur. Tramvay yolu.
3. Səfər, səyahət. Yorucu yol. Yolumuz çox şən keçdi. Yolda heç yatmadıq. Uzaq yoldan gəlmək. – Yolçu yolda gərək. (Ata sözü).
□ Yol üstdə olmaq – səfərə hazırlaşmaq, səfər ərəfəsində olmaq.
Yola çıxmaq – uzaq bir yerə səfərə getmək.
Yoldan gəlmək – səfərdən və ya uzaq bir yerdən gəlmək.
4. İstiqamət, yön.
□ Yolu azmaq (itirmək) – azmaq, yolu tanımamaq.
// məc. Fəaliyyət istiqaməti, inkişaf xətti. Yazıçı öz yaradıcılığında yeni bir yol seçdi. Hərə öz yolunu tapacaqdır.
// məc. İmkan. Hər bir adam qarşısında geniş yollar açılmışdır.
5. anat. Canlı orqanizmdə: müxtəlif maddələrin keçdiyi boru. Sidik yolu.
6. məc. Bir yerə girmək, daxil olmaq imkanı. Yuxarılara yol axtarmaq.
7. Bir şeyi əldə etmək üçün üsul, vasitə, vəsait. İşin yolunu öyrənməli. Məsələni iki yolla həll etmək olar. Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir. Müharibə dövlətlər arasında mübahisəni həll etmək üçün yol ola bilməz.
// Çarə, əlac, tədbir.
□ Yol aramaq – tədbir düşünmək.
8. məc. Dünyagörüşü, əqidə. O, başqa yolun adamıdır.
9. məc. Dəfə, kərə. Ondan üç yol soruşdum. Bu gün iki yol çimmişəm.
10. …yolunda,
…yolda şəklində – uğrunda, üçün, naminə. Dost yolunda. Yüksək ideallar yolunda. Azadlıq və səadət yolunda. Vətən yolunda canından keçmək.
◊ Yol açıqdır! – buyura bilərsən! gedə bilərsən! rədd ol! get! Yol açmaq məc. – hər hansı bir yenilik sahəsində birinci olmaq;
// təşəbbüsçü olmaq, nümunə olmaq, yol göstərmək.
Yol ağzında – yolun yanında, yol kənarında, yola yapışıq yerdə. Yol ağzında durub gözləmək.
Yol almaq – hər hansı bir istiqamətdə hərəkət etmək, getməyə başlamaq.
Yol bilmək – 1) yola bələd olmaq.
2) tədbirli olmaq, tədbir tapmaq.
Yol döymək – bir yerə çox gedib-gəlmək.
Yol eləmək – çox gedib-gəlməkdən yol salmaq;
// həddindən artıq gedib-gəlmək.
Yol göstərmək – rəhbərlik etmək, yönəltmək, istiqamətləndirmək.
Yol götürüb (alıb, tutub) getmək – həddindən artıq bol olmaq.
Yol gözləmək – bir adamın gəlməsini gözləmək, müntəzir olmaq.
Yol kəsmək – 1) çapovulçuluqla, qarətgərliklə məşğul olmaq, soyğunçuluq etmək.
2) mane olmaq, yol verməmək.
Yol ölçmək – boş yerə, səmərəsiz gedib-gəlmək.
Yol ötmək – keçmək, keçib getmək.
Yol tutmaq – bir tərəfə istiqamət götürmək, getməyə başlamaq.
Yol uzunu – bütün yolu, yol boyunca.
Yol üstdə – bax yol ağzında.
Yol vermək – 1) başqasının keçməsi üçün kənara çəkilmək;
2) icazə vermək, imkan vermək, mane olmamaq. Belə şeylərə yol vermək olmaz.
Yol verməmək – icazə verməmək, imkan verməmək, mane olmaq. Qanun buna yol vermir.
Yol vərəqəsi – ezamiyyətə, sanatoriyaya və s.-yə gedənlərə verilən vəsiqə; putyovka.
Yol yoldaşı – bərabər yol gedən (səfərə çıxan) adamlardan hər biri.
Yol yorğunu olmaq – bir yerə çox gedib-gəldikdə, lakin bir şey əldə edə bilmədikdə deyilən ifadə.
Yola aparmaq – 1) yaxşı rəftar etmək, yola vermək;
2) idarə etmək.
Yola aparmamaq – yaxşı rəftar etməmək, yola verməmək, daim dalaşmaq, höcətləşmək, sözləşmək. Günlərin bir günü qızların anası öldü, ataları getdi, təzə arvad aldı.
Yola düşmək – getmək, hərəkət etmək. Sabah yola düşəcəyik. Səyyahlar yola düşdülər. Yola düşməyə hazırlaşmaq.
Yola düzəlmək – yola düşmək (ayaqla).
Yola gedər – keçər, gedər, ötüşər, razılaşmaq olar.
Yola getmək – yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq.
Yola getməmək – bir yerdə ünsiyyət tapa bilməmək, xasiyyətləri tutmamaq, aralarında yaxşı münasibət olmamaq, daim sözləşmək, mübahisə etmək, dalaşmaq. Onlar heç yola getmirlər.
Yola gəlmək – uzun-uzadı fikirləşməkdən, xahişdən, nəsihətdən, söhbətdən sonra razı olmaq, razılıq vermək.
Yola gətirmək – dilə tutaraq razı etmək, razılığına nail olmaq.
Yola rəvan olmaq – bax yola düşmək.
Yola salmaq – 1) gedəni qapıya qədər və ya səfərə çıxanı miniyə qədər ötürmək, müşayiət etmək.
2) təmin etmək, razı salmaq.
Yola vermək – 1) rəftar etmək, dolandırmaq, idarə etmək.
[Atam:] “Quzğun”dan bizim evə gələn gənci biz yola verəcəyik, zənnindəyəm. Çəmənzəminli;
2) ötürmək, üstündən keçmək.
3) həyata keçirmək, məqsədinə çatmaq.
Yola verməmək – rəftar etməmək, yola getməmək, ünsiyyət tapa bilməmək.
Yoldan azmaq – bax yoldan çıxmaq 2-ci mənada.
Yoldan çıxar(t)maq – azdırmaq, sapdırmaq, başdan çıxarmaq, müxtəlif yollarla aldadaraq başqa bir işə (adətən pis işə) sövq etmək. Ağa, başına dönüm, məni yoldan çıxartdılar.
Yoldan çıxmaq, yolundan çıxmaq – 1) qəzaya uğramaq. Qatar yoldan çıxdı;
2) məc. azmaq, sapmaq, pis yola düşmək.
Yoldan eləmək (etmək) – 1) bax yoldan saxlamaq. Bülbülü güldən eylərsən; Gedəni yoldan eylərsən. Aşıq Həsən;
2) bax yoldan çıxar(t)maq.
Yoldan qalmaq – bir səbəb üzündən gedəcəyi yerə gedə bilməmək, yaxud qatara və s.-yə gecikmək.
Yoldan qoymaq – bax yoldan eləmək 1-ci mənada.
Yoldan ötən, hər yoldan ötən məc. – hər kəs, hər adam.
Yoldan saxlamaq – getməsinə mane olmaq, getməkdən daşındırmaq.
Yolları ayrılmaq – aralarında nifaq, ixtilaf əmələ gəlmək.
Yolları (yolu) ayrı olmaq – məqsədləri, niyyətləri, qayələri başqa-başqa olmaq, birbirinə uymamaq.
Yolu bir olmaq – bir məqsəd təqib etmək, bir məsləkdə, bir əqidədə olmaq.
Yolu çaşdırmaq – hansı tərəfə gedəcəyini bilməmək; azmaq.
…yolun yolçusu – bax yolçu.
Yolu düşmək – təsadüfən gəlmək, getmək, bir yerdə olmaq.
…yolu ilə –
…qaydası ilə,
…üsulu ilə, …kimi. Dostluq yolu ilə.
Yolu(n) yumrulsun, yolu yumrulmuş – qarğış ifadəsi.
Yoluna düşmək (girmək) – adi halına düşmək, nizam və qaydaya düşmək, normaya düşmək.
Yoluna qoymaq – bax yoluna salmaq.
Yoluna salmaq – nizama salmaq, qaydaya salmaq, davam etdirmək.
Yolundan çıxmaq – bax yoldan çıxmaq.
Yolunu görmək – rüşvət vermək.
Yolunu gözləmək, yolunu saxlamaq – hörmət etmək, ehtiram etmək.
Yolunu kəsmək – maneçilik törətmək, mane olmaq, əngəl törətmək.
Axır (son) yol – ölüm.
Dörd yol ağzı (ayrıcı) – iki yolun kəsişdiyi nöqtə.
Gözləri yol çəkmək – bax göz.
Gözləri yolda qalmaq – bax göz.
Kanat yol – polad kanatlardan asılmış və onunla hərəkət edən vaqonetlərlə yük (bəzən adam) daşımaq üçün qurğu. Daşkəsəndə kanat yolu ilə filiz stansiyaya daşınır.
Öz yolu ilə (öz yolunda) getmək – 1) heç kəslə işi olmamaq, heç kəsə toxunmamaq, mane olmamaq;
2) lazımi qaydada, adi yolu ilə getmək. İşlər öz yolu ilə gedir.
Yaxşı yol! – yola (səfərə) çıxana salamatlıq, uğur arzusu.
YOL nədir? – YOL nedir? – YOL sözünün mənası – YOL sozunun menasi – YOL nə deməkdir? – YOL ne demekdir? – YOL sözünün izahı – YOL sozunun izahi – YOL sözünün istifadəsi – YOL sozunun istifadesi