ZƏFƏR

is. [ ər. ] tənt. Qalibiyyət, qələbə.

Gəncə zəfəri İbrahim xanın nüfuzunu Azərbaycan xanlıqları arasında bir qat daha artırdı. Çəmənzəminli.
Ey zəfər nəğməsi, sən ey şən nəğmə! Qanlı cəbhələrdə döyüşən nəğmə. N.Rəfibəyli.
Gəzib bu dost elləri, dolansan qarış-qarış; Hər yanda görəcəksən, yüksəliş, zəfər, yarış. Ə.Cəmil.

// Qalib gəlmə, üstün gəlmə.
□ Zəfər qazanmaq (çalmaq) – qalib olmaq, qələbə çalmaq.

[Nüşabə:] Ölkələr düşməni rumlu İskəndər; Hind ilə İranda qazanmış zəfər. A.Şaiq.
Döyüşlərdə zəfər çaldın, boy atdın; Yer üzündə milyonları oyatdın. R.Rza.

Zəfər tapmaq – bax zəfər qazanmaq.
Zəfər yetirmək – məğlub etmək, üzərində qələbə çalmaq, yenmək.
// Məqsədə nail olma, müvəffəqiyyət, nailiyyət.
◊ Zəfər toxundurmaq – başına xata gətirmək.

[Xanımnaz:] Ay balam, qurbanın olum, qorxuram birdən uşaqcığazıma bir zəfər toxundurmasınlar. C.Cabbarlı.

Zəfər toxunmaq (dəymək) – zərər, ziyan, xətər dəymək, başına xata gəlmək.

Can Koroğlu, öz canımdan qorxmuram; Qorxum odur, zəfər dəyə dostuma. Koroğlu”.
Əhməd tacir də qızı götürüb aradan çıxdı ki, ona zəfər toxunmasın. (Nağıl).

 

 

ZƏFƏR nədir? – ZƏFƏR nedir? – ZƏFƏR sözünün mənası – ZƏFƏR sozunun menasi – ZƏFƏR nə deməkdir? – ZƏFƏR ne demekdir? – ZƏFƏR sözünün izahı – ZƏFƏR sozunun izahi – ZƏFƏR sözünün istifadəsi – ZƏFƏR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.