is. [
ər. ] Edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq ifadəsi. [Kərbəlayı Məhəmməd:] Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş.
Sənə min şükür! – deyib, əlini ustanın toqqasına atdı. Çəmənzəminli.
[Əli əmniyyəbaşı:] Bir gecəlik qonağıq, ev sahibi nə versə, ona da şükür. M.İbrahimov.
□ Şükür (şükür-səna) etmək (eləmək, qılmaq) – razılıq etmək, minnətdarlığını bildirmək, təşəkkürünü ifadə etmək, razılığını bildirmək. Birini gör, fikir elə; birini gör, şükür elə. ( Ata. sözü ).
Mehman kişi qızının gözlərinə diqqətlə baxdığı vaxt Qəmərin ürəyi dağ boyda olur, qəlbən fərəhlənir, sürdükləri asudə həyat üçün şükür-səna edirdi. Ə.Vəliyev.
◊ Şükür Allaha (Tanrıya, Yaradana və s.
) – 1) yaxşı ki oldu, xoşbəxtlikdən, bəxtimizdən (bəxtinizdən).
[Xəstə sövdagər:] Şükür olsun Allaha, şəfa tapdım, daha canımda bir dərd qalmadı. E.Sultanov;
2) razılıq, minnətdarlıq, təşəkkür ifadəsi.
[Sənəm:] Nə üçün, şükür Allaha, yaxşıyam. Ü.Hacıbəyov.
[Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev.
[Ana:] Oğlumu evləndirəndə, onun arvadına [hamayili] bağışlayaram.
Nə eləyim? Şükür dərgahına, qismət deyilmiş. B.Talıblı.
Şükür (şükürlər) olsun! – bax Allaha şükür! Hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! C .Məmmədquluzadə.
[Həsənağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər bir söhbət edək. Ə.Haqverdiyev.
Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. M.S.Ordubadi.