ZAT

is. [ ər. ]
1. Əsil, mənşə, kök, nəsil, nəsəb.

Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. Koroğlu”.
[Heydər bəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırırlar. M.F.Axundzadə.
Oğlumuzun, şükr kim, zatı müsəlman imiş! Bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş! M.Ə.Sabir.

□ Zatına bələd olmaq – bax zatını tanımaq.

Bələdəm zatına sənin, novkər; Dəyməz heç bir pula bu cür sözlər. C.Məmmədquluzadə.

Zatına lənət – söyüş ifadəsi.

Harda bihəya var, zatına lənət. Q.Zakir.
Musa kişi Mübaşir Məmmədin yoğun səsini tanıdı: – Zatına lənət, – deyib tüpürdü… M.İbrahimov.

Zatını tanımaq – əslini, nəslini, iç üzünü, bütün varlığını tanımaq (adətən mənfi, istehzalı məna ilə).

[Allahverdi:] Zurnaçı Muğanı? Onun zatını tanıyıram. C.Cabbarlı.

Həddi-zatında – əslində, təbiətində, xilqətində.
2. köhn. Şəxs, adam, şəxsiyyət, sima. O çox əxlaqlı bir zatdır. Böyük zat.

– Bax, nə qədər sevimli, nəzakətli bir zat! M.S.Ordubadi.
Bu zatların sayəsində də birinci ilin tədris haqqı maarif cəmiyyətləri tərəfindən verildi. T.Ş.Simurq.

// Hörmətli, mötəbər şəxs.

[Südabənin anası:] …Allaha çox şükür eləyirəm ki, mənim bircə balamın qabağına sənin kimi zatı, südü təmiz bir adam çıxarıb. M.İbrahimov.

3. Özü, öz nəfəsi, öz varlığı.

Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş? Axırda yaxar zatını yağdıqların atəş. M.S.Ordubadi.

4. köhn. Varlıq, əsil, təbiət, mahiyyət.

O küləkdir, özü vardır, zatı yox. Xəstə Qasım.

 

 

ZAT nədir? – ZAT nedir? – ZAT sözünün mənası – ZAT sozunun menasi – ZAT nə deməkdir? – ZAT ne demekdir? – ZAT sözünün izahı – ZAT sozunun izahi – ZAT sözünün istifadəsi – ZAT sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.