YER
1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır.
2. Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü.
3. Yer qabığının üst qatı; torpaq (bu mənada çox vaxt “altı” sözü ilə). Yer altında qazılmış şaxta. Yer altından çıxan mədən. Yer altından tapılmış mədəniyyət abidələri.
4. Üzərində dayandığımız və hərəkət etdiyimiz sahə. Yerdə oturmaq. Yerdən qaldırmaq. Əlindəki şeyi yerə qoymaq. Yer yaşdır. Tapdaq yer. – Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.
5. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən (yaxud edilməyən) torpaq sahəsi. Əkin yeri. Xam yerlər. Əkməyə yer azlıq edir. Mülkədar yerləri.
6. Ölkə, ərazi, vətən, diyar, məmləkət. Babalarımızdan qalan yerlər. – Sizə kimdən və nə yerdən danışım.
7. Ölkə, vilayət, şəhər, kənd və s. Bu yerləri birinci dəfə görürəm. Nə gözəl yerdir! Tanış yerlər. O yerlərdə olmamışam. Uzaq yerlərdən gələn qonaqlar.
8. Üzərində bir şey olan, yaxud ola bilən müəyyən sahə, məntəqə, məkan və s. Şəhərin bağ salınmış yeri. Küçənin qurtaran yerində. Yol dağa qalxan yerdə. Keçmişdə boş çöl olan yerdə indi böyük binalar ucalır.
// Bir işin, hadisənin və s.-nin baş verdiyi, ya olduğu məntəqə, məhəl. Hadisə baş verən yer. Qəza yerinə getmək.
// Bir işə məxsus məhəl (ev, idarə, müəssisə, məntəqə və s.). Əyləncə yeri.
// Bir məqsəd üçün ayrılmış sahə, yer səthi, parçası. İşləmək üçün yer ayırmaq. Qışlama yeri.
9. Əyalət, mərkəz olmayan yer (adətən cəm şəklində). Yerlərdən gələn nümayəndələr. Yerlərdə işləri canlandırmaq.
10. Bir şeyin ayrıca hissəsi, parçası. Paltar görünən yerindən ləkələnmişdir. Bədəninin bəzi yeri qızarmışdır. Dam çox yerdən axır.
// Kitabın, musiqinin, pyesin və s.-nin ayrıca hissəsi, parçası. Əsərin yaxşı yerləri çoxdur. Komediyada gülməli yerlər azdır. Məqalənin bəzi yerlərini yenidən yazmaq lazımdır.
11. Teatrda, kinoda, vaqonda və s.-də oturacaq (stul, skamya və i.a.). Zalda hərə öz yerində oturdu. Biletiniz neçənci yerədir? Vaqona girib özünə yer tutdu.
12. Ev, məskən, mənzil və s. Qalmağa yeri yoxdur. Düşməyə yerin varmı?
13. Vəzifə, xidmət, qulluq, iş. Ştatda boş yer yoxdur. Yerlərin hamısı tutulmuşdur. Özünə bir yer tap, işlə.
14. İz, nişanə, əlamət, əsər. Yara yeri. Tikiş yeri. Ləkənin yeri qalıb. Bıçaq yeri. – Qatıq dağılar, yeri qalar; Ayran dağılsa, nəyi qalar? ( Ata. sözü ).
15. Ayrı olaraq götürülə bilən, sayıla bilən yük, bağlama. Mənim 5 yer yükümün ağırlığı 40 kilo olmaz.
16. məc. Mənbə, məxəz mənasında.
[Aslan bəy:] Yaxın yerdən bilmişəm.
17. məc. dan. Ev, ailə mənasında.
18. Yorğan-döşək, yataq.
□ Yer salmaq – yatmaq üçün bir yerdə yorğan-döşək düzəltmək, yataq hazırlamaq.
19. Parçada, xalçada və s.-də əsas rəng; fon. Xalının yeri göydür. Bu çitin yeri məxməridir.
20. Bir adamın cəmiyyətdə, ailədə, elmdə, idmanda və s.-də tutduğu mövqe. Cəmiyyətdə öz yerini müəyyən etmək. Yarışda birinci yeri tutmaq.
21. Qabın, yeşiyin, kisənin və s.-nin içərisində şey olmadan çəkisi. Yerini çəkmək. Malın yeri nə qədərdir?
22. Yerdə şəklində – …halda, …zaman(da), …vaxt(da), …məqamda. O, getdiyi yerdə birdən yıxıldı. Qaçdığı yerdə ayağına tikan batdı.
23. Yerində şəklində – 1) öz məqamında, münasibət düşdükdə, öz vaxtında. Lap yerində gəldin. Yerində söylənmiş söz. Bunları yerində demək lazımdır;
2) düzgün olaraq, haqlı olaraq. Onu yerində işdən çıxardılar. Ona yerində oldu;
3) …məqamında, …vaxtında.
4) …vəziyyətində, …halında. Onun yerində mən olsaydım;
5) durduğu, oturduğu yerdə.
24. Yer(in)də şəklində – …yaşında, …sinnində, …böyüklükdə. Atası yerində kişi. Babam yerində qoca.
[Əminə:] Aralıqdan baxdım, gördüm iki qız xeylağı dayanıb.
25. Yeridir şəklində – layiqdir, cəzasıdır, əcəb olur. Ona nə eləsələr, yeridir.
26. Yerinə şəklində – əvəzinə. Onun yerinə yoldaşı qol çəkdi. Bizim yerimizə də təbrik elə.
□ Yerinə qoymamaq – qətiyyən saymamaq,
…hesab etməmək.
…Bu allahsız qızı heç olmazsa gözünün ucu ilə də baxmır.
◊ Yer altından yasa gedən – gizlincə, əlaltından iş görən adam haqqında.
Yer altından yasa getmək – gizlicə, əlaltından, heç kəsin xəbəri olmadan iş görmək.
Yer eləmək – 1) başqası oturmaq üçün bir qədər o yana çəkilmək, çəkilərək başqasına yer vermək. Bir az yer elə, o da otursun. – Sədr cəld geri çəkilib heyətdə Hacıya yer elədi. Mir Cəlal;
2) məc. təsir etmək, ağır gəlmək, tutmaq. Deyəsən, söz ona yer elədi.
Yer quruculuğu – torpaqdan istifadə qaydalarını nizama salan tədbirlər sistemi. Yer quruculuğu işləri.
Yer oynamaq – yer tərpənmək, zəlzələ olmaq.
Yer tutmaq məc. – 1) rol oynamaq, mövqe tutmaq, bu və ya başqa əhəmiyyəti olmaq.
2) əbəs yerə çox sahəni işğal etmək, artıqlıq etmək. Bu şeylər burada ancaq yer tutur.
Yer üzündən götürmək – yox etmək, aradan qaldırmaq.
Yer üzündən götürülmək – yox edilmək, ortadan qaldırılmaq.
Yer üzündən yox olmaq – yoxa çıxmaq, itmək. Sədinin “Gülüstan”ı neçə vaxtdır ki, yer üzündən yox olubdur. Hər kəs yerini bilirsə və ya özündə varsa, idarəmizə xəbər versin. “Mol. Nəsr.”
…yer yox idi (yer də yoxdur) – çox qələbəlik, həddən artıq çoxluq, basabas, sıxlıq bildirir. Adam əlindən yer yoxdur.
Yerdə qalanı – 1) bir şeyin, vaxtın qalan qismi.
2) digərləri, başqaları.
Yerdə qalmaq – 1) cəzasız qalmaq, əvəzi verilməmək.
2) nəzarətsiz qalmaq, baxımsız qalmaq, köməksiz qalmaq, himayəsiz qalmaq;
3) qalıq olmaq. Yerdə nə qədər qaldı?
4) heç kəs tərəfindən istənilməmək, bəyənilməmək.
Yerdən göyə qədər (kimi) – son dərəcə çox, həddindən artıq. Aralarında yerdən göyə qədər fərq var.
Yerdən olmaq – 1) avara-sərgərdan qalmaq, vəzifəsindən və s.-dən məhrum olmaq;
2) başqasının təhriki ilə fikrini, qərarını dəyişdirmək.
Yerdən-yerə vurmaq – 1) çırpmaq. Qürbət xala o gün nə silə, nə süpürə bildi. Sancı çəkən hamilələr kimi qıvrıldı, açıldı, özünü yerdən-yerə vurdu. Mir Cəlal;
2) məc. heç etmək, puça çıxartmaq.
Yerə atmaq (tullamaq) – bax yerə salmaq.
Yerə batasan! Yerə batsın! Yerə batmış – qarğış ifadəsi.
Yerə batmaq – adı, sorağı qalmamaq, əsərəlaməti qalmamaq.
Yerə girmək məc. – 1) çox xəcalət çəkmək, çox utanıb sıxılmaq.
2) bax yerə batmaq. [Bibixatun:] …Sənin namusun olsa əriyib yerə girərsən.
Yerə qoymaq – bir daha etməmək, əl çəkmək, tərgitmək. Bu xasiyyətini yerə qoy.
Yerə salmaq – 1) düşürmək, endirmək, devirmək;
2) məc. nəzərə almamaq, yerinə yetirməmək, rədd etmək.
Yerə sərilmək – yıxılmaq, yerdə uzanıb qalmaq.
Yerə soxmaq – utandırmaq, başını aşağı etmək, xəcalət çəkməsinə səbəb olmaq, rüsvay etmək.
Yerə vurmaq – 1) məğlub etmək, yenmək;
2) heçə çıxarmaq, puça çıxarmaq.
Yeri deyil – 1)
…arasında olmamalıdır. Bura onun yeri deyil. Ora bizim yerimiz deyil;
2) qeyrimünasibdir, münasibətsizdir. Bu sözlərin yeri deyil.
Yeri düşəndə (gələndə) – münasib olanda, münasib vaxt düşəndə, məqamında, məqamı çatdıqda.
Yeri gəlmişkən – təsadüfdən istifadə edərək, fürsətdən istifadə edərək, məqamı gəlmişkən.
Yeri görünmək – bir yerdə, məclisdə və s.-də olmayan, lakin olması arzu edilən adam haqqında çox zaman ölən adam haqqında deyilir.
Yeri var(dır) – 1) yerində olar, haqlı olar.
2) münasib olar.
Yeri yoxdur – əbəsdir, mənasızdır, yersizdir, artıqdır, lüzumsuzdur.
Yerin altını da, üstünü də bilmək – hər şeyin təfərrüatını bilmək (adətən çoxbilmiş və hiyləgər adam haqqında). O, yerin altını da bilir, üstünü də.
Yerin təkindən (dibindən) məc. – haradan olursa olsun.
Yerində bitmək (donmaq) – 1) yerində olmaq, yerində oturub qalmaq;
2) məc. donub qalmaq, heyrət içində qalmaq.
Yerində qalmaq – olduğu yerdəcə ölmək.
…yerində olmamaq – münasib olmamaq, uyğun olmamaq.
Yerində oturtmaq məc. – çox lovğa, iddialı adama eybini, ləyaqətini göstərərək cavab vermək, həddini göstərmək, yerini göstərmək.
Yerində saymaq – 1) durduğu yerdə addımlamaq;
2) məc. inkişaf etməmək, irəliləməmək, irəli hərəkət etməmək, olduğu yerdə qalmaq.
Yerində turp əkilmək – bərbad olmaq, xaraba qalmaq, uçulub-dağılmaq. [Gəray ağa:] Mülkünüz xaraba qalacaq, bəlkə xan sarayının divarları kimi dözüm gətirməyəcək.
Yerindən dəli kimi qalxmaq (sıçramaq) – hövlnak qalxmaq, yerindən sıçramaq.
Yerindən eləmək – 1) avara qoymaq, öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq;
2) yerindən, yuvasından məhrum etmək.
Yerindən qımıldanmamaq – 1) tərpənməmək, qımıldanmamaq;
2) səsi çıxmamaq. Bütün bu müddətdə Molla min dəfə özündən gedirsə də, yerindən qımıldanmır. “M.N.lətif.
” Yerindən oynatmaq – 1) laxlatmaq;
2) məc. təhrik edərək fikrini, qərarını dəyişdirməyə, yaxud bir işə iqdam etməyə məcbur etmək.
Yerinə düşmək – münasib vaxtda olmaq, məqamında olmaq, uyğun olmaq.
Yerinə gəlmək – ölən bir arvadın yerinə ərə getmək.
Yerinə yetirmək – icra etmək, həyata keçirmək. Tapşırığı yerinə yetirmək. Vəzifəsini yerinə yetirmək.
Yerini almaq – həyata keçmək, yerinə yetirilmək.
Yerini dar eləmək (etmək) – maneçilik, narahatlıq, çətinlik törətmək; hərəkətinə, inkişafına, fəaliyyətinə mane olmaq.
Yerini göstərmək – 1) bir şeyi nişan vermək;
2) bax yerində oturtmaq.
Yerini xəlvət etmək – yerini heç kəsə bildirməmək, yerini gizli saxlamaq. Tamam beş günün müddətində yerimi xəlvət etmək üçün gündə bir ev dəyişdim. “Mol. Nəsr.
” Yerini tutmaq – əvəz etmək. Heç bir adam onun yerini tuta bilməz.
Yerini verməmək – əvəz edə bilməmək.
Yerlə yeksan etmək – 1) yerə tökmək, dağıtmaq;
2) məc. məhv etmək, xarabaya döndərmək, uçurub dağıtmaq, viran etmək;
3) vurub öldürmək.
Yerlə yeksan olmaq – 1) yerə tökülmək, dağılmaq. Sünbüllər yerlə yeksan olmuşdu;
2) məc. xarabaya dönmək, uçulmaq, məhv olmaq, viran olmaq.
Bir yerdə – bax bir.
Bir yerə (araya) gəlmək – toplanmaq.
Bir yerə gəlmək – bir qərar vermək. Mübahisədən nə çıxar, bir yerə gəlmək lazımdır.
Boş yerə – bax boş.
Dan yeri – bax dan.
…duran (olan) yerdə –
…var ikən, …ola-ola.
Qara yer – qəbir, məzar.
Qəlbində yer eləmək (etmək, salmaq) – özünə yer tutmaq, əsər və əlamət buraxmaq.
Nahaq yerə – bax nahaq.
Nə yerdə – hansı vəziyyətdə. İşləriniz nə yerdədir? Onun məsələsi nə yerdə qaldı?
…o yerə (elə yerə) çatdı ki, … (çatmışdı ki, …) – bir işin, hadisənin gedişində ən son nöqtəni, həddi bildirir.
2) …kimi, …olaraq.
Öz yerində – qaydada, nizamda.
Öz yerindədir – öz qabiliyyət və ləyaqətinə görə vəzifə tutan adam haqqında. İndi o, öz yerindədir.
Sağ yer qoymamaq – bax sağ.
Yalan yerə – nahaq yerə; nahaqdan, yalandan.
YER nədir? – YER nedir? – YER sözünün mənası – YER sozunun menasi – YER nə deməkdir? – YER ne demekdir? – YER sözünün izahı – YER sozunun izahi – YER sözünün istifadəsi – YER sozunun istifadesi