DÜŞÜNMƏK
1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək.
// Fikirləşib aramaq, fikirləşib tapmağa çalışmaq. Bir çarə düşünmək. Lazımi tədbirlər düşünmək. Məsələnin həllini düşünmək.
// Ümumiyyətlə, fikirləşmək, götür-qoy etmək. Bu xüsusda çox düşünmüşük. Əli alnında düşünürdü.
□ Düşünüb-daşınmaq – fikirləşmək, düşünmək.
2. Təsəvvür etmək, zənn etmək, ağlına gətirmək, xəyalına gətirmək, xəyal etmək.
// Yada salmaq, fikrinə gətirmək, xatirinə gətirmək. Bu saat hələ səni düşünürdüm. Bir şey düşündüm.
3. Başa düşmək, anlamaq, dərk etmək. Heç bir şey düşünə bilməmək.
4. Narahat olmaq, əndişə etmək, fikir çəkmək. Xəstə çox düşünür.
// Fikrini çəkmək, haqqında narahat olmaq, qeydinə qalmaq. Ancaq özünü düşünmək.
DÜŞÜNMƏK nədir? – DÜŞÜNMƏK nedir? – DÜŞÜNMƏK sözünün mənası – DÜŞÜNMƏK sozunun menasi – DÜŞÜNMƏK nə deməkdir? – DÜŞÜNMƏK ne demekdir? – DÜŞÜNMƏK sözünün izahı – DÜŞÜNMƏK sozunun izahi – DÜŞÜNMƏK sözünün istifadəsi – DÜŞÜNMƏK sozunun istifadesi