YOXLAMAQ

f.
1. Bir şeyin varlığı – yoxluğu, yaxud düzgünlüyü, həqiqi vəziyyəti barədə yəqinlik hasil etmək üçün onu gözdən keçirmək, təhqiq etmək, müayinə etmək, araşdırmaq. Hesabatı yoxlamaq. Məsələnin həllini yoxlamaq. Kassanı yoxlamaq. Siyahıda adları bir-bir yoxlamaq. Xəstənin səhhətini yoxlamaq.
// Nəzarət məqsədi ilə təhqiq etmək, təftiş etmək; baxmaq. İşin gedişini yoxlamaq. İdarənin fəaliyyətini yoxlamaq.

[Sarxan] növbədə duran qarovulu yoxlayıb, bəzi tapşırıqlar verdi. M.Hüseyn.

// Eyni məqsədlə araşdırıb baxmaq.

Məndən sonra iki nəfərin də çamadanını yoxladılar. M.Hüseyn.

// Bir şeyin düzgün olub-olmadığını müəyyən etmək üçün nəzarətdən keçirmək. Biletləri yoxlamaq. Sənədləri yoxlamaq.

– Qulam üzüaşağı enib küçədə dəmir sütuna rəbt edilmiş böyük saata baxdı, öz qol saatını yoxladı. S.Rəhimov.

2. Bir şeyə əl ilə toxunmaq; müəyyənləşdirmək. Nəbzini yoxlamaq.

– Dimdik oturub ətrafımı yoxlarkən əlimə bir heyvan quyruğu toxundu, bu, bir pələng quyruğu idi. A.Şaiq.
Məsmə arvad əlini can köynəyinin yaxasına salıb üçlüyü yoxladı. Mir Cəlal.

3. Biliyi, təcrübəni, keyfiyyəti və s.-ni öyrənmək məqsədi ilə təcrübədən, sınaqdan keçirmək. Şagirdlərin biliyini yoxlamaq. Adamları işdə yoxlamaq.
// Bir alətin, cihazın, maşının və s.-nin saz olub-olmadığı haqqında yəqinlik əldə etmək üçün onu işlədib sınaqdan keçirmək. Yeni cihazları yoxlamaq.

– Əvvəl maşının hissələrini yoxladı, yağladı, bir neçə yerini açıb içəriyə baxdı… Ə.Sadıq.

4. Götür-qoy etmək, bir şey haqqında ətraflı düşünmək, fikirləşmək.

…Öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran… C.Məmmədquluzadə.

5. Bax yoluxmaq
2.

Bir dəfə Nurəddin sərçəni götürüb oynamaq bəhanəsi ilə qaçıb İmamverdi babanı yoxlamağa getdi. S.S.Axundov.
[Məsmə:] …Həftə nəhayətində onu yoxlamağa getdim. Mən onun səadəti üçün çalışırdım. S.Hüseyn.

 

 

YOXLAMAQ nədir? – YOXLAMAQ nedir? – YOXLAMAQ sözünün mənası – YOXLAMAQ sozunun menasi – YOXLAMAQ nə deməkdir? – YOXLAMAQ ne demekdir? – YOXLAMAQ sözünün izahı – YOXLAMAQ sozunun izahi – YOXLAMAQ sözünün istifadəsi – YOXLAMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.