YALNIZ


1. əd. Məhdudiyyət bildirir – ancaq, təkcə. Yalnız bircə şərtlə. Yalnız bir adam gəlmişdir. Məclisdən yalnız siz əskik idiniz. Yalnız bir arzum var.

– Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. S.S.Axundov.

Mehriban əsəbiləşmişdi.

Uşaqları düşünmək, onların halına acımaq yalnız onunmu vəzifəsi idi? S.Hüseyn.
Yalnız o biri günün axşamı o, baş götürüb getdiyi uzaqlardan geri qayıtdı. Ə.Məmmədxanlı.

2. Zərf mənasında. Tək, tənha, başqaları olmadan, başqalarından ayrıca. Yola yalnız çıxdım. Uşaqları evdə yalnız qoymayın. Kimsə yox idi, yalnız idim.

– Ata-anası bir yerə qonaq gedən vaxt Sonanı da istərdilər aparsınlar, lakin Sona “keyfim yoxdur” deyib, həmişə evdə yalnız qalırdı. N.Nərimanov.
Mən o kişini indi yalnız gəzən görürəm. S.Hüseyn.
Bəzən axşamüstü gəlirəm evə; Yalnız buraxmayır xəyalın məni. S.Vurğun.

 

 

YALNIZ nədir? – YALNIZ nedir? – YALNIZ sözünün mənası – YALNIZ sozunun menasi – YALNIZ nə deməkdir? – YALNIZ ne demekdir? – YALNIZ sözünün izahı – YALNIZ sozunun izahi – YALNIZ sözünün istifadəsi – YALNIZ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.