ÇƏKMƏK
1. Bir şeyi tutub özünə və ya başqa bir tərəfə dartmaq. İpi çəkmək.
2. Özünə tərəf çəkərək açmaq. Yazı stolunun yeşiyini çəkmək. Kamodun gözünü çəkmək.
3. Bir şeyi başqa bir şeyin içərisindən çəkib çıxarmaq. Qılıncı qınından çəkmək.
4. Dartmaq, tutmaq.
5. Sıxmaq, dartmaq.
6. Özünə və ya başqasına yaxınlaşdırmaq, yaxın qoymaq. Nimçəni qonağa tərəf çəkmək.
Mərdan Gövhərin qabağına çay qoydu.
7. Lazımi yerə qoymaq, yaxınlaşdırmaq. Stolu pəncərəyə tərəf çəkmək.
8. Qolundan və s.-dən tutaraq içəri aparmaq və ya bayıra çıxarmaq. Qonaqları içəri çəkmək.
9. Bir yerə və ya bir şeyin yanına aparmaq. Mətbəxə çəkmək.
10. Örtmək, bağlamaq, qapamaq. Pəncərəni çəkmək.
// Örtmək, salmaq.
11. Sərmək, salmaq. Stolun üstünə süfrə çəkmək.
12. Yemək üçün xörəyi qablara qoymaq. Aşı nimçəyə çəkdi.
13. Bir şeyin, adətən tütünün tüstüsünü içinə almaq və buraxmaq. Çubuq çəkmək. Trubka çəkmək.
14. Davam etmək, sürmək, vaxt aparmaq. İmtahan üç saat çəkdi. Konsert iki saat çəkdi. İclas uzun çəkdi.
15. Üyütmək, un, yarma və s. halına salmaq. Buğdanı çəkmək.
16. Götürmək, qaldırmaq.
17. Vurmaq, ilişdirmək. Şillə çəkmək. – Nəbi nəçənniyə bir neçə çəkdi.
18. Çəkisini müəyyənləşdirmək.
19. Tikmək, etmək. Hasar çəkmək. Divar çəkmək.
20. Kanal, yol və s. düzəltmək; tikmək. Şose yolu çəkmək. Suvarma kanalı çəkmək.
21. Telefon, elektrik, radio və s. ilə təchiz etmək üçün müəyyən işlər görmək. Telefon çəkmək. İşıq çəkmək. Radio çəkmək.
22. Sürtmək, gəzdirmək, sığallamaq. Əlini üzünə çəkmək.
23. Rəsm etmək. Kənd mənzərəsi çəkmək.
24. Fotoaparatla şəkil almaq. Şəkil çəkmək. Nümayişçiləri çəkmək.
25. Geymək. Plaşını əyninə çəkmək. – [Bəbir bəy] gümüş toqqasını bağladı.
26. Rəngləmək, boyalamaq, rəng (boya) sürtmək. Evin səqfinə rəng çəkmək.
27. Malalamaq, suvaqlamaq. Mala çəkmək. Astar çəkmək.
28. məc. Cəlb etmək, həvəsləndirmək, çox maraqlandırmaq. Kənd mövzusu rəssamı çəkir.
29. məc. Oxşamaq, bənzəmək. Atasına çəkmək.
30. Destillə yolu ilə bir maddədən başqa maddə almaq, tədqiq etmək. Spirt çəkmək. Araq çəkmək.
31. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: zəhmət çəkmək, qəm çəkmək, baş çəkmək, ah çəkmək, misal çəkmək, keşik çəkmək, əzab çəkmək, dağ çəkmək və s.
ÇƏKMƏK nədir? – ÇƏKMƏK nedir? – ÇƏKMƏK sözünün mənası – ÇƏKMƏK sozunun menasi – ÇƏKMƏK nə deməkdir? – ÇƏKMƏK ne demekdir? – ÇƏKMƏK sözünün izahı – ÇƏKMƏK sozunun izahi – ÇƏKMƏK sözünün istifadəsi – ÇƏKMƏK sozunun istifadesi