ZÜLM

is. [ ər. ] Ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa.

Ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə qatlanıb, öz idrakının təsdiqi ilə zülmü dəf etməlidir. M.F.Axundzadə.

// Özbaşınalıq və zorakılıq əsasında qurulan idarə üsulu; istibdad.

Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. M.S.Ordubadi.

// Ümumiyyətlə, əziyyət, əzab, işgəncə.

Tainki ayıqdır, həzər et ər dediyindən; Ər zülmü yamandır! M.Ə.Sabir.

□ Zülm çəkmək – zülmə, haqsızlığa məruz qalmaq.
Zülm etmək (eləmək) – amansızcasına sıxışdırmaq, incitmək, azadca yaşamağa və inkişaf etməyə qoymamaq, istismar etmək, ədalətsizlik etmək, haqsızlıq etmək, cəfa etmək.

…Zülm eliyən, qan tökən; Ya xan, ya sultan olar. (Bayatı).
İkisi birləşib zülm edib mana; Şahid yox arada, qorxuram dana. Q.Zakir.
Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq. N.Rəfibəyli.

Zülm ərşə dayandı (çıxdı) – zülm, ədalətsizlik həddini aşdı.
Zülm ilə, zülmlə – çox böyük əziyyətlə, çox çətinliklə.

Qurbani der: bu nə çərxi-fələkdir; Zülümlə ayırırlar yarı da məndən. Qurbani.

 

 

ZÜLM nədir? – ZÜLM nedir? – ZÜLM sözünün mənası – ZÜLM sozunun menasi – ZÜLM nə deməkdir? – ZÜLM ne demekdir? – ZÜLM sözünün izahı – ZÜLM sozunun izahi – ZÜLM sözünün istifadəsi – ZÜLM sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.