YETİRMƏK
1. Bir şeyi, yaxud bir sözü (xəbəri, məlumatı) başqa bir kəsə və ya yerə hər hansı bir vasitə ilə çatdırmaq. Məktubu sahibinə yetirmək. Məndən ona salam yetir.
2. Özünü gedən, ya qaçan birisinə, yaxud da bir yerə çatdırmaq (adətən “özünü” sözü ilə). Özünü tez evə yetirdi. Özünü qabaqdakılara yetirmək.
3. Tərbiyə və təlim edib böyütmək, ortaya çıxarmaq (bəzən “böyüdüb-yetirmək” şəklində). Yaxşı övlad yetirmək.
// Qulluq edərək böyütmək; becərmək, yetişdirmək, yaratmaq. Bağban bağında yeni meyvə növləri yetirmişdir.
4. Bir sıra sözlərə qoşularaq, müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: diqqət yetirmək, dil yetirmək, göz yetirmək, yerinə yetirmək.
YETİRMƏK nədir? – YETİRMƏK nedir? – YETİRMƏK sözünün mənası – YETİRMƏK sozunun menasi – YETİRMƏK nə deməkdir? – YETİRMƏK ne demekdir? – YETİRMƏK sözünün izahı – YETİRMƏK sozunun izahi – YETİRMƏK sözünün istifadəsi – YETİRMƏK sozunun istifadesi