YÜZ

say
1. Doxsan doqquzdan sonra gələn rəqəm –
100. Yüz manat. Yüz nəfər. Yüz faiz. Yüz addımlıqda. On dəfə on yüz elər.
// Başqa saylarla birlikdə. Dörd yüz kilo. Təyyarə saatda 600 kilometr yol gedir.
□ Yüz il – bir əsr.

Bir taleyin əllərində cütlənmiş zərik; Yüz il qoşa atılsaq da qoşa düşmərik. M.Araz.

2. Qeyri-müəyyən çox miqdar mənasında. Sənə yüz dəfə demişəm ki… Yüz ildir ki, onu görməmişəm. – Yüz dəfə ölç, bir dəfə biç. ( Ata. sözü ).

Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli.

◊ Yüz… dəyər – bir şeyin başqa bir şeyə nisbətən çox-çox üstünlüyünü, yaxşılığını bildirir.

Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər. M.V.Vidadi.

Yüz faiz – bax yüzdə yüz.

[Sultan:] Mən yüz faiz əminəm, o saatca başlardın ki, əmi, belə çal-saqqal vaxtında o yaşda adamla evlənmək sənə yaraşmaz. İ.Hüseynov.

Yüzdə doxsan doqquzu – demək olar ki, hamısı.

Dünyada firəng dilini və elmini mükəmməl təhsil eliyən müsəlmanların yüzdə doxsan doqquzu heç bilməz ki, orucu necə tutarlar. C.Məmmədquluzadə.

Yüzdə yüz – 100 faiz, tamamilə, hamısı, bütünbütünə. Planı yüzdə yüz yerinə yetirmək.

 

 

YÜZ nədir? – YÜZ nedir? – YÜZ sözünün mənası – YÜZ sozunun menasi – YÜZ nə deməkdir? – YÜZ ne demekdir? – YÜZ sözünün izahı – YÜZ sozunun izahi – YÜZ sözünün istifadəsi – YÜZ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.