YÜRÜŞ

is.
1. İrəliyə doğru hərəkət; yerimə.

Ağır karvan yürüşü ilə dalğalanır insanlar; Həm də qızlar-oğlanlar. S.Vurğun.

2. Hücum, axın, hərbi əməliyyat. Qalanı yürüşlə aldılar.

– Qızıl Ordu Böyük Kirəc yolundan qüdrətli və əzəmətli bir yürüşlə… [şəhərə] daxil olurdu. M.İbrahimov.

□ Yürüş etmək – hücum etmək, axın halında irəli yerimək.

Dəhşətli, qüdrətli, hesabsız ləşkər; Şimaldan düz şərqə yürüş edirlər. A.Səhhət.

3. məc. Müəyyən məqsəd və ya tapşırığı yerinə yetirmək, yaxud bir şeylə, ya da bir şey uğrunda mübarizə aparmaq üçün mütəşəkkil çıxış, hərəkət. Mövhumat əleyhinə yürüş. Qənaət uğrunda yürüş.
// Səyahət məqsədi ilə təşkil edilən səfər. Turist yürüşü.
4. Yeriş yarışı (idman növü).

 

 

YÜRÜŞ nədir? – YÜRÜŞ nedir? – YÜRÜŞ sözünün mənası – YÜRÜŞ sozunun menasi – YÜRÜŞ nə deməkdir? – YÜRÜŞ ne demekdir? – YÜRÜŞ sözünün izahı – YÜRÜŞ sozunun izahi – YÜRÜŞ sözünün istifadəsi – YÜRÜŞ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.