ZORBA

sif.
1. Çox iri, çox yekə, çox böyük. Zorba ayı. Zorba canavar. Zorba ilan. Zorba daş.

– Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir.
[Nisə xala] pilləkənin altında yatan zorba bir qoyun itinin boğazına ayağını basıb bizə dedi. Qantəmir.

// dan. Ümumiyyətlə böyük.

[Axund:] Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba savab yoxdur, ələlxüsus, siğə ola. C.Cabbarlı.

2. məc. Çox böyük, çox nüfuzlu, görkəmli (adətən kinayə yolu ilə deyilir). Şuşa şəhərinin lap zorba mollalarının bu soyuqda … bu otuz-qırx verst yolu gəlməkdən mənzurları nə imiş? “Mol. Nəsr.”
// İs. mənasında.

…Zorbaların zülm və istibdadına bir nəhayət vermək … məqsədi ilə şəhərin “ağa”ları … bir “cəmiyyət” düzəltdilər. S.Hüseyn.

3. məc. Çox güclü, çox qüvvətli, çox böyük.

Mübarizə apardığımız qüvvələr zorbadır. M.S.Ordubadi.

 

 

ZORBA nədir? – ZORBA nedir? – ZORBA sözünün mənası – ZORBA sozunun menasi – ZORBA nə deməkdir? – ZORBA ne demekdir? – ZORBA sözünün izahı – ZORBA sozunun izahi – ZORBA sözünün istifadəsi – ZORBA sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.