ZOLAQ

is.
1. Bir endə olan uzun forma, bir şeyin bir endə olan dar, uzun parçası. Dəmir zolağı. Kağız zolağı.
2. Enli xətt. Abı zolaqları olan parça. Ağsarı zolaqları olan divar kağızı. Parçada qırmızı zolaqlar.
// Bir şeyin buraxdığı uzun, ensiz iz; xətt; zol.

İşıqlanıb al zolağı; Parlayanda göy qurşağı; Birnəfəsə çıxdıq dağı. M.Dilbazi.

3. Bir sahənin, səthin və başqa bir şeyin ümumi fon üzərində hər hansı bir əlaməti ilə fərqlənən uzanmış hissəsi. Qara tüstü zolaqları.

– …Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn.
Bu qaranlığı haradansa düşən Ay işığının zolağı ikiyə parçalamışdı. Ə.Məmmədxanlı.

4. Bir şeyin uzanıb gedən qismi; qurşaq, zona, sahə. Qaratorpaq zolağı. Səhra zolaqları. Sahilin qumlu zolağı.

– Yolumuz … təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi.

5. köhn. Kolxozlar təşkil olunmadan əvvəl: kənd torpağının ayrı-ayrı kəndliyə məxsus olan dar şum sahəsi.

 

 

ZOLAQ nədir? – ZOLAQ nedir? – ZOLAQ sözünün mənası – ZOLAQ sozunun menasi – ZOLAQ nə deməkdir? – ZOLAQ ne demekdir? – ZOLAQ sözünün izahı – ZOLAQ sozunun izahi – ZOLAQ sözünün istifadəsi – ZOLAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.