nida [
fars. ]
klas. Məbada, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir).
Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! Füzuli.
Yatsa o mahparə, yatar bəxtimiz bizim; Zinhar, qoymayın onu, zinhar, yatmasın. S.Ə.Şirvani.
Zinhar, vəfa etmə tələb ər dediyindən; Sərvəqt ol, amandır! M.Ə.Sabir.
Məni bənzətməyin Məcnuna, zinhar; Ahımca olsaydı Məcnunun ahı; Yuva tikərdimi başında quşlar? B.Vahabzadə.
□ Zinhar etmək (eləmək) – bax zinhara gətirmək.
Zinhar olmaq – bax zinhara gəlmək.
Zinhara gəlmək – usanmaq, bezikmək, yorulmaq, cana gəlmək, təngə gəlmək.
Lay-lay dedim yatınca; Gözlərəm Ay batınca; Canım zinhara gəldi; Sən hasilə çatınca. (Bayatı).
Day camaat [Qara xanın] əlindən zinhara gəlmişdi. “Koroğlu”.
Vallah, bu gədənin əlindən lap zinhara gəlmişəm. M.Süleymanov.
Zinhara gətirmək – bezikdirmək, usandırmaq, yormaq, cana gətirmək, təngə gətirmək.
[Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb, zırıldama. B.Talıblı.
Bu uzun gecə Mədədovu lap zinhara gətirmişdi. Ə.Əbülhəsən.