MURDAR
1. Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak (pak əksi). Murdar su.
□ Murdar etmək (eləmək) – 1) müsəlman dini etiqadınca pak sayılan şeyi murdar sayılan şeyə toxundurub, sürtüb və ya vurub onu da napak etmək. Əlini itə vurub murdar eləmək.
2) məc. dan. öldürmək, gəbərtmək. İnəyi murdar etmək.
Murdar olmaq – 1) müsəlman dini etiqadınca murdar sayılan şeyə toxunub, dəyib natəmiz, napak olmaq;
2) məc. dan. ölmək, gəbərmək (heyvan haqqında). Toyuq murdar oldu.
// eyni mənada adam haqqında həqarətlə deyilir.
2. Ümumiyyətlə, pis, alçaq, iyrənc, ikrah doğuran, xoşa gəlməyən. Murdar təbiətli adam. Murdar iş.
// İs. mənasında.
3. məc. Zəhlətökən, xoşagəlməyən, pis. Bayırda murdar hava var.
MURDAR nədir? – MURDAR nedir? – MURDAR sözünün mənası – MURDAR sozunun menasi – MURDAR nə deməkdir? – MURDAR ne demekdir? – MURDAR sözünün izahı – MURDAR sozunun izahi – MURDAR sözünün istifadəsi – MURDAR sozunun istifadesi