ZAR

[ fars. ] klas.
1. Səslə, yanıqlı-yanıqlı ağlayan, inləyən, nalə edən, nalan (adətən izafətlərdə işlənir). Aşiqi-zar. Bülbüli-zar.
// Yanıqlı-yanıqlı, həzin-həzin ağlama, inləmə; fəğan, nalə.
□ Zar getmək – yanıqlıyanıqlı ağlamaq, fəğan etmək. Bülbül, qızılgül həsrəti; Qışı, yazı zar gedirəm. Aşıq Abbas;
// Zar-zar.

Gər nalə çəkməsin dilibimar, neyləsin? Aşıq gözüm gər ağlamasın zar, neyləsin? Qövsi.

// Fəğan, nalə.

Bülbül, bu nə nalə, fəryaddır; De, bu nə ah ilə zardır? Molla Cümə.

2. məc. Zəif, üzgün, əlacsız, çarəsiz, çıxılmaz (adətən tərkiblərdə işlənir). Cismi-zar.

– Gər mən mən isəm, nəsən sən, ey yar? Vər sən sən isən, nəyəm məni-zar? Füzuli.
Öldürən zamanda Zakiri-zarı; Əl saxla bir, qanlı qəməndən öpüm. Q.Zakir.
İlahidən qorxun, bir insaf edin; Az incidin məni-zari, sərçələr! Molla Cümə.

◊ Zar qalmaq – çarəsiz qalmaq, çıxılmaz vəziyyətdə olmaq, səfalət keçirmək.

Millət … çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdan qalıb, axırda əcnəbilər əlində əsir və hər qisim zülm və bəlalara giriftar olacaqdır. F.Köçərli.

Zar etmək – zinhara gəlmək, təngə gəlmək, usanmaq.

Şəbi-meraci-visalım məni zar etdi rəqib; Görmədim, seyr elədim çərxi-müəlladə fərəh. S.Ə.Şirvani.

Zar olmaq klas.1) təngə gəlmək, cana gəlmək.

Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani;

2) ağlamaqla keçmək, ağlamaq.

Ney kimi nalə çəkib, çəng kimi zar olalım! Qövsi.
Bənəfşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif.

Zara gəlmək – təngə gəlmək, cana gəlmək, usanmaq.

Mən aşiqəm gülzarə; Cəmənzarə, gülzarə; Ayrılığa dözməkdən; Axır gəlib gül zarə. (Bayatı).

Can zarə gəlib, ta ki o cananə qayıtsın. Heyran xanım.

Artıq bunun nisyəsinin əlindən camaat zara gəlmişdi. S.Rəhman.

Zara gətirmək – təngə gətirmək, cana gətirmək, zinhara gətirmək, usandırmaq.

Gətirdin, ey könül, zarə məni sən ahü zarınla. S.Ə.Şirvani.

 

 

ZAR nədir? – ZAR nedir? – ZAR sözünün mənası – ZAR sozunun menasi – ZAR nə deməkdir? – ZAR ne demekdir? – ZAR sözünün izahı – ZAR sozunun izahi – ZAR sözünün istifadəsi – ZAR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.