ZİKR
1. Anma, yad etmə, xatirə gətirmə, xatırlama, adını çəkmə, adını söyləmə.
□ Zikr etmək (eyləmək) köhn. – 1) anmaq, yad etmək, xatirə gətirmək, adını çəkmək, adını söyləmək.
2) söyləmək, demək, ifadə etmək.
3) oxumaq (dua).
Zikr olunmaq köhn. – 1) anılmaq, yad edilmək, xatirə gətirilmək, adı çəkilmək, adı söylənmək;
2) haqqında danışılmaq, söylənilmək, ifadə olunmaq.
2. din. Təsbeh çevirə-çevirə dua etmə, Allahın adlarını və sifətlərini bir-birinin ardınca söyləyib təkrar etmə, vird etmə.
□ Zikr demək – məsciddə axundun oxuduğu duanı onun ardınca eyni ilə təkrar etmək.
Zikr təsbehi – dindarların dua oxuyaoxuya çevirdikləri təsbeh.
3. Bütün fikir, bütün düşüncə, bütün xəyal (bu mənada adətən “fikir-zikir” şəklində işlənir).
ZİKR nədir? – ZİKR nedir? – ZİKR sözünün mənası – ZİKR sozunun menasi – ZİKR nə deməkdir? – ZİKR ne demekdir? – ZİKR sözünün izahı – ZİKR sozunun izahi – ZİKR sözünün istifadəsi – ZİKR sozunun istifadesi