YUXARI


1. sif. Üst, üstdə olan, yüksəkdə olan, yuxarıda olan. Yuxarı mərtəbə. Gəminin yuxarı göyərtəsi.

[Qərənfil xala] cəld yuxarı otağa çıxdı. Ə.Vəliyev.

// Zərf mənasında. Yuxarı qaldırmaq. Yuxarı çıxmaq.

– …Kərbəlayı Heydər çıxardı küçəyə, sağ əlinin şəhadət barmağını yuxarı qovzuyub ancaq mənə bircə bunu deyərdi ki, “Qırışmal! Uşağı döymə!” C.Məmmədquluzadə.
Zeynal könülsüz addımlar ilə sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn.
Biçənəklərdə ot dizdən yuxarı qalxmışdı. M.İbrahimov.

2. Qoş. mənasında. Artıq, çox. İclasda yüzdən yuxarı adam iştirak edirdi. Bir saatdan yuxarı gözlədim.

– Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı. H.K.Sanılı.

□ Yuxarı tutmaq – üstün tutmaq.

Zeynal öz mənliyini hər şeydən yuxarı tuturdu. S.Hüseyn.

3. sif. Vəzifəcə, mənsəbcə, dərəcəcə yüksək, üstün. Yuxarı siniflər. Yuxarı təbəqələr. Yuxarı vəzifəyə qoymuşlar.
4. is. Bir şeyin yuxarı, üst, yüksək hissəsi, yeri, təpəsi. Pilləkənin yuxarısı. Dağın yuxarısında qar var.
5. Yerlik halda: yuxarıda – irəlidə, qabaqda, əvvəldə. Yuxarıda deyildiyi kimi. Yuxarıda bu barədə yazılmışdır.

– Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edərdi. Ə.Haqverdiyev.

6. Cəmiyyətin, təşkilatın yüksək, rəhbər dairələri; yüksək vəzifələr, mövqelər (bəzən cəm şəklində işlənir). Yuxarılardan göstəriş almaq. Yuxarıya müraciət etmək lazımdır.

[Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də səni yuxarılara keçirərəm. M.İbrahimov.
[Gəldiyevin] fikri həmişə yuxarıda, böyüklərdə idi. Mir Cəlal.

◊ Yuxarıdan baxmaq – bəyənməmək, xor baxmaq, həqarətlə baxmaq, saymamaq.

Məktəbdə hər dərsdən zəif olan bir tənbəlin belə yuxarıdan baxmağı Səltənətə güllə kimi dəydi. Mir Cəlal.

 

 

YUXARI nədir? – YUXARI nedir? – YUXARI sözünün mənası – YUXARI sozunun menasi – YUXARI nə deməkdir? – YUXARI ne demekdir? – YUXARI sözünün izahı – YUXARI sozunun izahi – YUXARI sözünün istifadəsi – YUXARI sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.