ZİBİL
1. Evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı. Evin zibilini süpürüb atmaq.
// məc. dan. Lüzumsuz, yararsız, heç bir qiyməti, dəyəri olmayan şey haqqında. Bu zibili buradan götürün.
2. məc. Çox pis, yaramaz, murdar, alçaq, rəzil adam haqqında (bəzən söyüş mənasında). Zibilin biri zibil.
// məc. Yararsız, ləyaqətsiz, aciz, bacarıqsız adam haqqında. [Molla:] Amma öz aramızdı, heç cavanlıqda da bir zibil deyildim. “M.N.lətif.
” ◊ Zibil kimi – həddən artıq çox, bol (bəzən həddən artıq çox olduğu üçün qiymətdən düşmüş şey haqqında). İndi pul zibil kimi, fəqət həvəs yox.
Zibili çıxmaq – həddindən artıq çoxaldığı üçün qiymətdən düşmüş, əhəmiyyətini itirmiş, gözdən düşmüş şey haqqında.
ZİBİL nədir? – ZİBİL nedir? – ZİBİL sözünün mənası – ZİBİL sozunun menasi – ZİBİL nə deməkdir? – ZİBİL ne demekdir? – ZİBİL sözünün izahı – ZİBİL sozunun izahi – ZİBİL sözünün istifadəsi – ZİBİL sozunun istifadesi