bağl. 1. Əks surətdə, əks təqdirdə, belə olmasa (olmazsa).
Ey dil ki hicrə doymayıb istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli.
Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə.
[Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev.
[Sərvər:] Yaz mən deyəni, yoxsa beynini toz eyləyərəm! Ü.Hacıbəyov.
2. Olmaya, bəlkə (sual yerində).
Yoxsa bizdən incimisən? – Ol bəladır kim, mənim mərhəm bitirməz yarəmi; Yaxsa kim, hər natəvanın dərdi dərmanıncadır. Qövsi.
[Süleyman:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov.
[Gülnaz anasına:] Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var?… M.İbrahimov.
3. Sual cümlələrində ehtimal bildirir – ya, yaxud.
Siz gəlirsiniz, yoxsa mən gəlim? Bu günəmi, yoxsa sabahamı hazır olmalıdır? – [Məşədi İbad:] Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək bu kişidir, yoxsa arvaddır? Ü.Hacıbəyov.
Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli.