YUXU
1. Dövraşırı yatmaq şəklində davam edən fizioloji hal (bu zaman beyin – şüur tamamilə, ya da qismən fəaliyyətdən qalır, bir sıra fizioloji proseslər zəifləyir və bədən dincəlir). Yuxudan ayılmaq. Yuxu zamanı. Yuxuda və ayıqlıqda. Uşağa yuxu lazımdır.
□ Yuxun(uz) şirin olsun! – yatmağa gedənlərə rahat yuxu arzusu.
Yuxusu gəlmək – yuxulamaq, yatmaq ehtiyacı hiss etmək. Yuxun gəlməmiş yerini sal. ( Ata. sözü ).
Yuxusu qaçmaq – hər hansı bir səbəb üzündən, yaxud səbəbsiz yuxusu pozulmaq, daha yatmaq istəməmək.
Yuxusuna haram qatmaq – 1) bax yuxu qaçırtmaq;
2) vaxtından tez ayılmaq.
Yuxusunu almaq – yatıb dincəlmək, doyunca yatmaq.
Yuxusunu qaçırtmaq – yuxusunun pozulmasına səbəb olmaq.
Yuxuya batmaq – bərk yuxulamaq, yatmaq.
Yuxuya getmək – mürgüləyərək yatmaq, yuxulamaq.
Yuxuya qalmaq – yatıb qalmaq, vaxtında oyana bilməmək.
Yuxuya vermək – 1) yuxulatmağa çalışmaq, gözü yuxuya gedincə gözləmək.
2) məc. yuxulatmaq, iğfal etmək, aldatmaq.
Gözlərindən yuxu tökülmək – bərk yatmaq istəmək.
Gözünə yuxu getmək – yuxulamaq.
Gözünə yuxu getməmək – yuxulaya bilməmək, yata bilməmək, yuxusu qaçmaq. [Çərkəz] yorğana bürünən kimi xoruldadı.
Qəflət yuxusu – bax qəflət.
Qış yuxusu, yay yuxusu – qışda və ya yayda bəzi heyvanlarda əmələ gələn yuxululuq (uyuşuqluq) halı.
Ölü kimi yatmaq – çox bərk və rahat yatmaq.
2. bax yuxugörmə. Dəhşətli yuxu. Yuxuya inanmaq. Yuxusunu yozmaq. – Yuxunun yanlışı olar, yalanı olmaz! ( Ata. sözü ).
□ Yuxu görmək – yuxuda ikən cürbəcür şeylər (hadisələr, surətlər və s.) görmək. Bu gecə pis yuxu gördüm.
Yuxusu çin olmaq – yuxuda gördüyü şey həyata keçmək.
Yuxusuna da gəlməmək (girməmək) – heç xəyalında da olmamaq, heç düşünməmək, ağlına belə gətirməmək.
Yuxusuna girmək (gəlmək) – bir şeyi yuxuda görmək.
// Qeyri-real, xəyali, gerçək olmayan şey haqqında. Bunların hamısı bir yuxu imiş.
□ Yuxusunda da görməmək – heç ağla gəlməyən, mümkün hesab edilməyən şey haqqında.
◊ Yuxu kimi (gəlmək) – tamamilə unudulmuş bir şey, hadisə haqqında. Bu əhvalat adama yuxu kimi gəlir.
YUXU nədir? – YUXU nedir? – YUXU sözünün mənası – YUXU sozunun menasi – YUXU nə deməkdir? – YUXU ne demekdir? – YUXU sözünün izahı – YUXU sozunun izahi – YUXU sözünün istifadəsi – YUXU sozunun istifadesi