YAĞMAQ

f.
1. Havadan qar, yağış, dolu kimi şeylər düşmək, tökülmək. Qar yağmaq. Dolu yağmaq.

– Havalar gözəl keçirdi, teztez yağış yağırdı. C.Məmmədquluzadə.

2. Çox miqdarda, arası kəsilmədən tökülmək.

Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.

// məc. Bir şeyin çoxluğunu, şiddətini, davamlılığını bildirir.

Üsyançılar qalib gələn kimi bizim olduğumu bu evə yağan güllələrin sayı-hesabı olmayırdı. H.Nəzərli.
Göydən yerə zülm yağır; Çörək baha, vergi ağır. S.Vurğun.

// Bir şeyin bolluğunu bildirir.
□ Bərəkət yağmaq – bolluq olmaq, artmaq, çoxalmaq. Şəms padşaha dua-səna edib xəzinənin üstünə gəldi, açarları alıb işə başladı.

Onun vaxtında xəzinənin üstünə gündən-günə bərəkət yağdı. (Nağıl).

3. məc. dan. Bir şeyi ifadə etmək. Onun üzündən biclik yağır. Sifətindən nur yağır.

– Yağır gözlərindən odlu ildırım; Görməmişdi Qozluq belə bir qırım. H.K.Sanılı.
Hüzn və ciddiyyət yağan çöhrəni bir anda ilıq bir məmnuniyyət ifadəsi qapladı. M.S.Ordubadi.
Kəsalət yağan vücudunun tərsinə olaraq çox cəld və quş kimi yüngül hərəkət edən ruznaməçi İranpərəst tez qaçıb portfelini gətirdi. M.İbrahimov.

 

 

YAĞMAQ nədir? – YAĞMAQ nedir? – YAĞMAQ sözünün mənası – YAĞMAQ sozunun menasi – YAĞMAQ nə deməkdir? – YAĞMAQ ne demekdir? – YAĞMAQ sözünün izahı – YAĞMAQ sozunun izahi – YAĞMAQ sözünün istifadəsi – YAĞMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.