ZƏHƏR

is. [ fars. ]
1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. İlan zəhəri. Öldürücü zəhər. Zəhər vermək (zəhərləmək).
□ Zəhər yemək – özünü öldürmək üçün zəhər içmək.
// məc. Çox acı şey haqqında. Bu dərman lap zəhərdir.
□ Zəhər kimi – çox acı.
// məc. Çox mənfi təsiri olan şey. Şovinizm zəhəri.
2. məc. dan. Mikrob mənasında.

Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür, …amma bu sudan vəba zəhəri heç əskik olmur. C.Məmmədquluzadə.

◊ Zəhər dağarcığı (tuluğu, torbası) dan. – dili çox acı adam haqqında.

[Əsgər:] …Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir. N.Vəzirov.

Zəhər etmək (eləmək) – bax zəhər qatmaq.
Zəhər içirtmək məc. – həyatını zəhərləmək, gününü qara eləmək, həyatını əziyyətə salmaq.

Namərdləri oylaqlardan köçürtdüm; Yağı düşmənlərə zəhər içirtdim. Koroğlu”.

Zəhər qatılmaq – tamamilə korlanmaq, zəhərlənmək.

Ogünkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idi(m)… A.Şaiq.
Niyə zəhər qatılsın kişinin nəşəsinə… B.Vahabzadə.

Zəhər qatmaq məc. – tamamilə korlamaq, pozmaq, xarab etmək, zəhərləmək.
Zəhər uddurmaq – bax zəhər içirtmək.
Zəhər yeyəsən! dan. – qarğış, nifrin, söyüş ifadəsi.
Zəhərə döndərmək – bax zəhər qatmaq. Bir stəkan çay verdi, onu da zəhərə döndərdi.
Zəhərə dönmək – pozulmaq, xarab olmaq, pis, acı bir şeylə əvəz olunmaq. Yediyimiz zəhərə döndü.
Üzgözündən (sifətindən) zəhər tökülmək (yağmaq) – çox qaşqabaqlı olmaq, acıqlı, qəzəbli görünmək.

 

 

ZƏHƏR nədir? – ZƏHƏR nedir? – ZƏHƏR sözünün mənası – ZƏHƏR sozunun menasi – ZƏHƏR nə deməkdir? – ZƏHƏR ne demekdir? – ZƏHƏR sözünün izahı – ZƏHƏR sozunun izahi – ZƏHƏR sözünün istifadəsi – ZƏHƏR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.