sif. [
fars. ] Bəxti gətirmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan. [Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt uşaqsan.
Mənim kimi dustaq olmayıb özün üçün bağda azad gəzirsən. S.S.Axundov.
[Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt. C.Cabbarlı.
Dünyada sanardım əbədi ömrümü xoşbəxt; Öpsəydim əgər bir də mübarək qədəmindən. Ə.Vahid.
// Bəxti gətirən, uğurlu. Xoşbəxt oyunçu. Xoşbəxt adamdır.
// Məsud, bəxtəvər, səadətli.
[Xaqani:] Mən sənin eşqinlə qanadlanıram; Səninlə özümü xoşbəxt sanıram. M.Rahim
□ Xoşbəxt etmək – xoşbəxtliyə, səadətə çatdırmaq, səadət vermək, məsud eləmək. Uşaqlarını xoşbəxt eləmək.
– [Lütfəli:] Gözəl Şəfiqə, səni sevirəm, məni xoşbəxt elə. İ.Musabəyov.
[Muxtar Firəngizə:] Mən heç güman eləmirəm ki, … böyük vəzifədə olan arvad ərini xoşbəxt eləyə bilsin. B.Bayramov.
□ Xoşbəxt olmaq – istəyinə çatmaq, arzusu yerinə yetmək, məsud olmaq, ürəyində nisgil qalmamaq.
Xoşbəxt ol (olsun, olsunlar) – xoşbəxtlik, səadət arzusu bildirir.
[Bəhram:] Sara üçün də bir yaxşı ər tapmağa səy edərəm ki, o da xoşbəxt olsun. C.Cabbarlı.
[Vaqif:] Allah başa versin, xoşbəxt olun siz! Belə, kəklik kimi cüt gəzəsiniz. S.Vurğun.
[Ana:] Hamının yanında qızlarımı təriflədi: – Ağıllı uşaqlardır.
Xoşbəxt olsunlar! M.Hüseyn.
Allah xoşbəxt eləsin! – səadət, xoşbəxtlik arzusu.
Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev.
[Səlim qızına:] Get, qızım, Allah səni xoşbəxt eləsin. C.Cabbarlı.
2. Xoş, uğurlu.
[Dürrətülbağdad:] …Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü Bağdadın ən xoşbəxt qadını hesab edirəm. M.S.Ordubadi.