VALEH

[ ər. ] Heyran, məftun, vurğun; heyran olmuş, məftun olmuş, vurulmuş. Mən bu yerlərin gözəlliyinə valehəm.

– Hamı bu halə valehü məftun; Nagəhan hadis oldu bir yanğun. M.Ə.Sabir.

□ Valeh etmək – heyran etmək, məftun etmək.

Qulaq asanları valeh etmək mənə … qismət deyilmiş. C.Məmmədquluzadə.
…Bir tərəfdən də baharın xoş mehi insanı valeh edirdi. S.S.Axundov.
Günəşin batması ilə tez-tez üfüqlərdə dəyişən rənglər… [Dilaranı] valeh etmişdi. M.İbrahimov;

// məc. məst etmək mənasında.

Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal.

Valeh olmaq, valeh qalmaq – heyran olmaq, məftun olmaq, vurulmaq. Göygölün gözəlliyinə insan valeh olur.

– Surətin nəqşində insan valehü heyran olur. Nəsimi.
[Bədircahan:] Ağa, o qədər səndən dedim ki, … az qaldılar valeh olsunlar. N.Vəzirov.
[Bünyad] təpədən dırnağa qədər ipək içində olan bu gözəl qıza valeh olmuş kimi baxırdı. Ə.Əbülhəsən.

 

 

VALEH nədir? – VALEH nedir? – VALEH sözünün mənası – VALEH sozunun menasi – VALEH nə deməkdir? – VALEH ne demekdir? – VALEH sözünün izahı – VALEH sozunun izahi – VALEH sözünün istifadəsi – VALEH sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.