QOYMAQ
1. Bir şeyi bir yerə buraxmaq, bir şeyi bir yerə yerləşdirmək. Kitabı şkafa qoymaq. Paltarları sandığa qoymaq. Şeyləri yerinə qoymaq. Yaylığı cibinə qoydu. – [Qulu:] Otaq təmizdir.
2. Əmanət vermək, tapşırmaq, saxlamaq üçün vermək. Pullarını əmanət kassasına qoymaq. Pullarını banka qoymaq.
3. Oxumaq, işləmək və s. üçün bir yerə göndərmək, vermək, düzəltmək. Uşaqları məktəbə qoymaq. İşə qoymaq.
4. Bir şey etməyə icazə vermək, yol vermək, imkan vermək, buraxmaq.
5. Rahat buraxmaq, imkan vermək.
6. Təxir etmək, saxlamaq, sonraya buraxmaq, başqa bir vaxta keçirmək, ləngitmək. Bu günün işini sabaha qoyma! Söhbəti sonraya qoyaq. İmtahanı axşama qoydular.
7. Həvalə etmək, yükləmək, tapşırmaq. Usta adı böyük addır, bu ad hər adamın üzərinə böyük vəzifələr qoyur.
8. Təsis etmək, tikmək, qurmaq. Heykəl qoymaq. Abidə qoymaq.
9. Geymək, yaxud geydirmək, başına keçirmək. Başına araqçın qoymaq.
10. Sərf etmək, işlətmək, xərcləmək. Pul qoymaq. Maya qoymaq. Mən bu işə zəhmət qoymuşam.
11. Müəyyən bir təsir əmələ gətirmək məqsədi ilə bir şeyin üstünə, arasına yerləşdirmək, salmaq, döşəmək. Kompres qoymaq. Zəli qoymaq. Xəstəyə banka qoymaq. Termometr qoymaq.
12. Təyin etmək. Məsul işə qoymaq. Növbətçi qoymaq. Onu zavoda direktor qoyublar.
13. Müəyyən etmək. Vaxt qoymaq. Möhlət qoymaq.
14. Həll etmək, yerinə yetirmək, yaxud müzakirə üçün irəli sürmək, təklif etmək. Məsələni ciddi qoymaq. Qərarı müzakirəyə qoymaq.
15. Yazı ilə ifadə etmək, işarə etmək; yazmaq. Durğu işarələri qoymaq. Şagirdə “yaxşı” qiymət qoymaq. Nişan qoymaq.
16. Düzəltmək, təşkil etmək, tərtib etmək. Tamaşaya qoymaq. Təcrübə qoymaq.
17. Bir adam və ya şey üçün hər hansı bir şərait, vəziyyət yaratmaq, bu və ya digər vəziyyətə, şəraitə düşməsinə səbəb olmaq. Çətin vəziyyətdə qoymaq.
18. Bir şeyə lazımi vəziyyət vermək, lazımi şəklə salmaq. Gəzərkən ayaqlarını düzgün qoymaq.
19. Uzatmaq, saxlamaq. Saç qoymaq. Bığ qoymaq. Saqqal qoymaq.
20. Gedərkən özü ilə bərabər götürməmək, olduğu, çatdığı, gəldiyi yerdə buraxmaq. Uşaqları evdə qoymaq. Gözlüyümü evdə qoymuşam.
21. Hər hansı bir vəziyyətdə, şəkildə, halda saxlamaq. Məsələni açıq qoymaq (həll etməmək). Məni rahat qoy! Bu hadisə bizi heyrətdə qoydu.
22. Saxlamaq. Axşama bir az çörək qoy.
23. Buraxmaq, buraxıb getmək, tərk etmək, atmaq, atıb getmək (bəzən “qoyub getmək” şəklində işlənir). Yoldaşını təhlükədə qoyma! Ailəsini qoyub getdi. – A kişi, ya bez, ya zər, sizə nə? Nə gətirdi öz evinə aparacaq.
24. Keçmək, fəda etmək, sərf etmək, həsr etmək. Vətən yolunda canını qoymaq.
25. dan. Kəsilmək, dayanmaq, yox olmaq. Dişimin ağrısı qoydu.
26. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ad qoymaq, qol qoymaq, çay qoymaq, səsə qoymaq, lağa qoymaq, araya qoymaq.
QOYMAQ nədir? – QOYMAQ nedir? – QOYMAQ sözünün mənası – QOYMAQ sozunun menasi – QOYMAQ nə deməkdir? – QOYMAQ ne demekdir? – QOYMAQ sözünün izahı – QOYMAQ sozunun izahi – QOYMAQ sözünün istifadəsi – QOYMAQ sozunun istifadesi