ZƏRƏR

is. [ ər. ] Ziyan.

Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur. S.Vurğun.

□ Zərər çəkmək – zərər etmək, maddi itki vermək, zərərə məruz qalmaq.

[Kosaoğlu:] Allah ömrünü uzun eləsin, Qurban qağa, sən olan yerdə adam zərər çəkərmi? İ.Şıxlı.

Zərər dəymək – ziyan çəkmək.
Zərər etmək – alverdə qazanmaq istərkən itki vermək, maddi itkiyə məruz qalmaq.

[Məmmədbağır] Bakıdan apardığı fındığı, şabalıdı istədiyi qiymətə sata bilmədiyindən, zərər edirdi. S.Hüseyn.

Zərər gətirmək – bax zərər vermək.

Mənim doğruluğum zərər gətirdi. Q.Zakir.

Zərər görmək – ziyan çəkmək.

[Sultan:] Sənin atan da, əmilərin də yersiz inadkarlıqdan həmişə zərər görüblər. İ.Hüseynov.

Zərər vermək – ziyan vermək, zərərli olmaq.

Yalan zərər verər daim insana; Yalançı bənzəyər məlun şeytana. Şəhriyar.

Zərər verməz – zərəri olmaz.

Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə; Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz. Füzuli.

Zərər vurmaq – ziyan vurmaq, ziyan çəkməsinə səbəb olmaq.

Hərçənd bir çox mollalar təklikdə “sətr”in şəri olmadığını, məarif və tərəqqimizə zərər vurduğunu söyləyirdi, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət edəmiyordu. Hophopnamə”.

Zərər yox – zərəri yoxdur, eyib etməz, razıyam.

[Nadir bəy Aşıq Sultana:] Zərər yox, madam ki arzu edirlər, sazını al da gəl, fəqət çox gecikmə! H.Cavid.

Zərərə düşmək1) bax zərər çəkmək;
2) məcburiyyət altında pul xərcləməyə məcbur olmaq.
Zərərə salmaq – pul xərcləməyə məcbur etmək.

[Aşıq Vəli:] Adama ümid-nevid verib, yerindən eləyib, zərərə salıb, axırda sözünə əməl eləməyənə lənət! N.Vəzirov.

Zərəri çatmaq – zərəri dəymək.

De, görüm onların nədir səməri? Bəlkə də hər kəsə çatır zərəri. M.Ə.Sabir.

Zərəri nədir – zərəri yoxdur.
Zərərin yarısından qayıtmaq – ziyan gətirə bilən bir işi davam etdirməyib yarımçıq qoymaq, başa çatdırmamaq.

[İmran:] Gəl mənə qulaq as, zərərin yarısından qayıt. M.Hüseyn.

Nə zərəri var – bax zərəri nədir.

[Məşədi İbad:] Əlbəttə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Ü.Hacıbəyov.

// Maddi itki, xəsarət.

 

 

ZƏRƏR nədir? – ZƏRƏR nedir? – ZƏRƏR sözünün mənası – ZƏRƏR sozunun menasi – ZƏRƏR nə deməkdir? – ZƏRƏR ne demekdir? – ZƏRƏR sözünün izahı – ZƏRƏR sozunun izahi – ZƏRƏR sözünün istifadəsi – ZƏRƏR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.