PƏNAH
1. Sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə.
□ Pənah etmək (eyləmək) – 1) özü üçün sığınacaq etmək, məskən etmək.
2) bax pənah aparmaq.
Pənah gətirmək (aparmaq) – bir adamın yanına, bir yerə sığınaraq ondan imdad, sığınacaq istəmək.
Pənah yeri – sığınacaq, pənahgah.
2. məc. Himayəçi, arxa, dadaçatan, istinadgah, pənahgah.
□ Pənah çıxmaq – himayəsi altına almaq, qayğısını çəkmək.
Pənah olmaq – 1) imdadına çatmaq, kömək etmək;
2) bax pənah çıxmaq.
Pənahında saxlamaq – himayə etmək, himayəsində saxlama, qayğısını çəkmək; qorumaq, hifz etmək.
// məc. Ümid, dayaq.
PƏNAH nədir? – PƏNAH nedir? – PƏNAH sözünün mənası – PƏNAH sozunun menasi – PƏNAH nə deməkdir? – PƏNAH ne demekdir? – PƏNAH sözünün izahı – PƏNAH sozunun izahi – PƏNAH sözünün istifadəsi – PƏNAH sozunun istifadesi