ZƏRB

is. [ ər. ]
1. Vurma, vuruş, zərbə. Zərbənin gücü, şiddəti. Ağac zərbi. – Zərb zəyərəkdən yağ çıxardar. ( Ata. sözü ).

…El bir olsa, zərbi kərən sındırar… Aşıq Abbas.
Vəzn, xüsusilə zərb ilə çalınan musiqi əsərlərində … daha qabarıq surətdə nəzərə çarpır. Ə.Bədəlbəyli.

□ Zərbə düşmək – gücə düşmək, zora düşmək.
2. Adətən zərbindən şəklində – toxunma gücündən, şiddətindən, zərbəsindən, təsirindən. Küləyin zərbindən ağaclar yıxıldı.

– Zərbindən dağlar titrəşir; Bərqin dirəxşanı kimi. Aşıq Ələsgər.
Mən hələ ondan qorxuram ki, Parijin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. M.F.Axundzadə.
Yəqin ki istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə.
Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov.

3. Zərblə şəklində zərf – şiddətlə, bərk, bütün ağırlığı ilə. Atılan qarmağın birini də balıq aparmışdı.

… Elə bu vaxt sudakı qarmağın zərblə dartıldığını gördülər. İ.Şıxlı.
Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb, qapını zərblə çəkdi. İ.Məlikzadə.

4. riyaz. köhn. Vurma əməli.
Beş zərb beş – eylər iyirmi beş.
□ Zərb cədvəli – vurma cədvəli.

Əhmədin riyaziyyatdan çox da başı çıxmazdı, amma əmali-ərbəəni və ələlxüsus, zərb cədvəlini yaxşı bilirdi… B.Talıblı.

5. Metal pul, sikkə və s. üzərinə naxış, damğa vurma.
□ Zərb vurmaq (eləmək) – metal pul kəsmək, sikkə kəsmək.
Zərb olunmaq (edilmək) – kəsilmək (metal pul və s.).

 

 

ZƏRB nədir? – ZƏRB nedir? – ZƏRB sözünün mənası – ZƏRB sozunun menasi – ZƏRB nə deməkdir? – ZƏRB ne demekdir? – ZƏRB sözünün izahı – ZƏRB sozunun izahi – ZƏRB sözünün istifadəsi – ZƏRB sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.