KƏSDİRMƏK
1. icb. Başqasına kəsmək işi gördürmək. Şalbanın başını kəsdirmək. Ağacı kəsdirmək. İtin quyruğunu (qulağını) kəsdirmək. Meşəni kəsdirmək. Meynələri kəsdirmək.
2. f. Bir yerdə dayanıb gözləmək, dayanıbdurmaq, durub əl çəkməmək.
Nədənsə [Hacı Sultanı] yenə nikbət tutdu.
□ Yanını kəsdirmək – birinin yanından əl çəkməmək, daim yanında olmaq. Xəstənin yanını kəsdirmək.
[Kərəm:] Kəsdirəydim yastığının yanını; Bir tutaydım kirpiyinin sanını. “Əsli və Kərəm”.
3. icb. Verməyə qoymamaq, davam etdirməyə mane olmaq, icazə verməmək, saxlamaq. Təqaüdünü kəsdirmək. Qazı (suyu, işığı) kəsdirmək.
4. icb. Sifarişlə bir şey hazırlatmaq.
5. icb. Biçdirmək. Paltarlarını kəsdirmək.
6. icb. Çəpərlətmək, hasarlatmaq, aranı çəpər (hasar, barı) ilə böldürmək. Aranı kəsdirmək.
7. f. Qəti qərara gəlmək; müəyyənləşdirmək. Ezamiyyətə getməyi kəsdirdi.
// Təxmin etmək, başa düşməyə çalışmaq.
8. f. köhn. Sünnət etdirmək. Uşağı kəsdirmək.
◊ Kəsdirə bilməmək – müəyyən edə bilməmək, qətiləşdirə bilməmək; təxmin edə bilməmək, qərara gələ bilməmək.
KƏSDİRMƏK nədir? – KƏSDİRMƏK nedir? – KƏSDİRMƏK sözünün mənası – KƏSDİRMƏK sozunun menasi – KƏSDİRMƏK nə deməkdir? – KƏSDİRMƏK ne demekdir? – KƏSDİRMƏK sözünün izahı – KƏSDİRMƏK sozunun izahi – KƏSDİRMƏK sözünün istifadəsi – KƏSDİRMƏK sozunun istifadesi