is. 1. Tərəf, ətraf.
Yanlarda düşmən qalmamışdı. H.Nəzərli.
[Güldəstə:] Məktub bu yandadı. H.Seyidbəyli.
□ Yan almaq – yanaşmaq, yaxınlaşmaq, yaxın durmaq.
[Rəsul] yan alıb lotubaşıdan xəbər aldı: – Əmi, bu kağızlar nə olan şeydir? “Aşıq Qərib”.
Bu zaman qatar sürətini azaldıb fit verə-verə stansiyaya yan aldı. A.Şaiq.
Hamı ağır bir yük altından çıxıb yüngülləşmiş kimi danışadanışa otaqdan çıxanda, Tahir anasına yox, kolxoz sədrinə yan aldı. M.Hüseyn.
Yan vermək – yanaşmaq.
Bir kərə qan bu mətləbi, xalqa ziyan verirsiniz; Molla gedir yemək üçün, siz ona yan verirsiniz. C.Cabbarlı.
Dörd (bir) yandan – hər tərəfdən, dörd tərəfdən. [Kərəm:] Coşqun boran alıb dörd bir yanımı; Soyuq kəsib iliyimi, qanımı. “Əsli və Kərəm”.
Hər gölməçənin dörd yanına torpaqdan sədd çəkilmişdir. M.Hüseyn.
// Yer mənasında. Heç bir yanda yoxdur.
// Yön, istiqamət. Bu yandan getdi.
2. Bədənin çiyinlərdən buda qədər olan sağ və ya sol hissəsi; böyür.
[Mehriban] yanı üstə çevrildi. S.Hüseyn.
Ballı … kürsü çəkib … [Qara kişinin] yanında oturdu. Ə.Əbülhəsən.
Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn.
3. Sağ və ya sol tərəfdə olan. Yan cib. Yan küçə.
– [Qəhrəman:] Siz gözüaçıq olun, – deyə yoldaşlarıma tapşırdım və yan otağa getdim. H.Nəzərli.
□ İki yanında – sağında və solunda.
Bu yanında, … o yanında – sağında, solunda.
[Məşədi İbad:] Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Ü.Hacıbəyov.
4. Kənar, qıraq.
Hacı Qulu … ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. A.Şaiq.
Evin dibində yanının nazik dəmirləri qopmuş, taxtasının şirəsi çoxdan getmiş bir sandıq … vardı. M.İbrahimov.
[Qərənfil xala] göndərilə biləcək şeyləri bir yana yığdı. Ə.Vəliyev.
□ Yan eləmək – kənara itələmək.
Səkinə, qızın qollarını yan elədi. M.İbrahimov.
Çalsaqqal kişi … adamları yan eləyib … elə bil vahimə içində sağa-sola yüyürürdü. Mir Cəlal.
Yana durmaq – kənara çəkilmək, uzaq dayanmaq.
Göydə mələklər yana durdu; Mələklər də sana durdu. Qurban.
Yandan çıxmaq – nagah, gözlənilmədən, birdən gəlmək, görülmək, ortaya çıxmaq.
Bir yana atmaq – laqeyd münasibətlə kənar etmək.
5. Sağrı, oturacaq.
Çox çəkmədi ki, Mirzə Süleyman yanını ovuşdura-ovuşdura qapıdan çıxdı. B.Talıblı.
[Cavad] yarımkürkünün yaxasını açaraq yanını ağac kötüyünün üstünə qoydu. Ə.Vəliyev.
□ Yanı yer görməmək – bir yerdə oturmamaq, daim ayaq üstə olmaq, yerimək. Əntiqənin yanı yer görmürdü.
Səhərdən axşamacan evdə məşğul idi. Mir Cəlal.
Yanını basmaq – dümsükləmək, dümsüklə işarə etmək.
Alagöz bir qız, Gülsümün yanını basdı. M.İbrahimov.
Yanını çəkmək – axsamaq, taytımaq.
Yanını yerə qoymaq (vermək) – oturmaq.
[Həsən:] [Tubu] gəl, bir yanını yerə qoy, gör nə deyirəm. Ə.Haqverdiyev.
[Vəli:] …Çək sürünü keyfin hara istəyir, … özün də yanını ver yerə; al tütəyi əlinə, vəssalam. N.Vəzirov.
6. Bilavasitə yaxınlıq, birgəlik bildirir.
Yanında dostlarından iki nəfər dəxi var idi, onun söhbətinə qulaq asırdılar. M.F.Axundzadə.
[Ziba] çox gecələri [Əsmərin] yanında yatırdı. S.Hüseyn.
[Həbib bəy:] …Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman.
□ Yanına almaq – yaxınlığına gətirmək.
Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal.
Yanına çəkmək – öz tərəfinə gətirmək.
Hər kəs öz yarını çəkib yanına; O ki mənəm elə həsrət çəkirəm. Q.Zakir.
Yanına düşmək – birlikdə getmək. Molla taytıya-taytıya düşür bunların yanına. “M.N.lətif.
” Gəldiyev “gedək” – deyə Rübabənin yanına düşdü. Mir Cəlal.
Yanına salmaq – özü ilə aparmaq.
Sabah ertə böyük bağımızı gəzmək bəhanəsi ilə Məmmədrzanı yanıma salıb getdim. S.S.Axundov.
[Müəllim] bir gün Mayisi yanına salıb Qaçaygilə getdi. Ə.Vəliyev.
Yanında saxlamaq – özü ilə birlikdə, özündə saxlamaq.
Gətirmişdin sən Zakiri əmanə; Derdi, gedəcəyəm kuyi-cananə; Xeyir görsün, istər düşsün ziyanə; Yaman-yaxşı saxla bari yanında. Q.Zakir.
…dan
//
…dən bu yana –
…dan
…dən bu vaxta qədər.
Amma arvadların bu dərəcə həyasızlıqlarını … dünya yaranandan bu yana heç eşidibsinizmi? C.Məmmədquluzadə.
Nə var ki, unutmuşam paltosunu tutmağı; O axşamdan bu yana açılmır qaşqabağı. S.Rüstəm.
Öz yanından – 1) guya;
2) öz bildiyi kimi, özündən.
Məşədi bəy student qızın adını öz yanından uydururdu. M.Hüseyn.
Fikri (xəyalı)… yanında olmaq – diqqəti
…də olmaq.
Ramazanın əvvəlinci günündən müsəlmanların fikir və xəyalı cücəplov yanındadır. C.Məmmədquluzadə.
[Qərənfil xalanın] bütün xəyalı bu saat cəbhədə olan nəvəsi İldırımın yanında idi. Ə.Vəliyev.
7. Yanında, yanımda şəklində: iki müqayisə obyektindən birinin digərindən üstünlüyünü bildirir. Onun yanında bu heçdir.
◊ Yan baxmaq – bəyənməmək, həqarətlə baxmaq, pis münasibət bəsləmək.
[Altay:] And olsun vicdana, bu gündən sonra; Hər kim yan baxarsa bu yoxsullara; İldırımlar partlayacaq başında; Adı yazılacaq məzar daşında. H.Cavid.
Yan gəzmək – görüşmək istəməmək, uzaq gəzmək. Bilmirəm ki, neyləmişəm cananə; Hər görəndə məndən belə yan gəzər. Məhəmməd bəy Aşıq.
Yanını kəsmək (kəsdirmək) – əl çəkməmək, ayrılıb getməmək.
Dərdü qəmü möhnət kəsib yanımı; Qoymaz yerə düşə, içər qanımı. Q.Zakir.
Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. S.S.Axundov.
Yanlarını qapmaq – çox hirslənmiş, qəzəblənmiş adam haqqında. Həmin axşam Həsənəlinin evində ümumi bir övqattəlxlik vardı.
Tərlan xanım yanlarını qapırdı. Mir Cəlal.
Bir yana çıxartmaq – 1) həll etmək, bir nəticəyə gəlmək.
Bu barədə yoldaşlarımıznan çox fikirləşdik, fikirləşdiksə də, bir yana çıxarda bilmədik. C.Məmmədquluzadə;
2) tərbiyə vermək, böyütmək.
Bir yana çıxmaq – həyatda öz yerini tapmaq.
Bir yandan…, o biri yandan… – mütəmadiyən, həmişə.
Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o bir yandan cırılacaq. C.Məmmədquluzadə.
…o yana qalsın (dursun) – “başqa”, “əlavə” mənasında.
Hər şey o yana qalsın, [Sara xanımın] on iki taxtadan kəsdiyi məxmər tumanı dövrhadövr dörd barmaq enində bafta olurdu. Qantəmir.