İSTƏMƏK
1. Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq.
// Bir şeyə ehtiyac hiss etmək. Ürəyim yaman su istəyir. Bir məqalə yazmaq istəyirəm. Ondan bir xoş söz eşitmək istəyirəm.
□ İstədiyi kimi – özü bildiyi kimi (həm müsbət, həm mənfi mənada işlənir). İstədiyi kimi hərəkət etmək.
2. Sevmək, məhəbbət yetirmək, əzizləmək. Ana oğlunu çox istəyir.
Gözəl Bayramı istəyib gəlmişdi.
// Ummaq. Könül istər, əl çatmaz.
// Qeydinə qalmaq, sevmək.
3. Xahiş etmək, rica etmək, təmənna etmək.
// Özünə verilməsini və ya bir işin görülməsini söyləmək; tələb və ya xahiş etmək. Ondan bir şey istədik, vermədi.
// Möhtac olmaq, lüzum və ehtiyac hiss etmək, tələb etmək. Əkin su istəyir.
// Diləmək. İmdad istəmək. Yardım istəmək.
4. Çağırmaq, çağırtdırmaq.
// Aramaq, axtarmaq, soruşmaq. Kimi istəyirsiniz? Telefonla sizi istəyirlər.
5. Öz adamına almaq, evləndirmək üçün (yaxud özü üçün) xahişlə birinə müraciət etmək. Qohumdan qız istəmək. Ana oğlu üçün qız istəyir.
6. “Bir” sözü və şəxs sonluqları ilə tərəddüd, qətiyyətsizlik bildirir. Bir istədim durub gedəm. Bir istədim durub ona cavab verəm.
7. İstəməz şəklində – hacət yoxdur, lüzumu yoxdur, ehtiyac yoxdur, bəsdir, kifayətdir.
[Səlimə:] – Ay Qurban, gəlsənə bir az su gətirim, ayaqlarını yuyum.
◊
…istər ki… – 1) istərsə, fərqi yoxdur, qoy lap… İstər ki çölə töksün…;
2) …gərəkdir, …haradadır.
Oğul istər ki… istəməz ki… – heç olmasa…
İSTƏMƏK nədir? – İSTƏMƏK nedir? – İSTƏMƏK sözünün mənası – İSTƏMƏK sozunun menasi – İSTƏMƏK nə deməkdir? – İSTƏMƏK ne demekdir? – İSTƏMƏK sözünün izahı – İSTƏMƏK sozunun izahi – İSTƏMƏK sözünün istifadəsi – İSTƏMƏK sozunun istifadesi