İNANMAQ
1. Bir işin, sözün və s.-nin yəqinliyinə, doğruluğuna qəti əmin olmaq, arxayın olmaq, yəqin etmək.
□ İnanmağı gəlməmək – bir şeyin doğruluğuna, yəqinliyinə şübhə etmək, inana bilməmək.
2. Həqiqət bilmək, doğru bilmək, gerçək bilmək. Adam hər deyilənə inanmaz. Hər cür şayiəyə inanma! Mən onun hər sözünə inanırdım.
3. Etibar etmək, bel bağlamaq. Ona çox da inanmaq olmaz. Xalqa inanmaq lazımdır. Dənizin sakitliyinə inanma.
4. Ümid etmək, ümidvar olmaq, yəqin etmək, əmin olmaq.
5. din. Etiqad etmək, iman gətirmək. Dinə inanmaq.
// Mövcud olduğuna qane olmaq. Taleyə inanmaq. Yuxuya inanmaq.
6. İnanmıram şəklində – şübhə bildirir. İnanmıram, o, bu gün gələ. İnanmıram, yağış yağsın.
İNANMAQ nədir? – İNANMAQ nedir? – İNANMAQ sözünün mənası – İNANMAQ sozunun menasi – İNANMAQ nə deməkdir? – İNANMAQ ne demekdir? – İNANMAQ sözünün izahı – İNANMAQ sozunun izahi – İNANMAQ sözünün istifadəsi – İNANMAQ sozunun istifadesi