YƏQİN


1. zərf Şəksiz, şübhəsiz, səhih, inamla.

Yəqin demək olar ki, ramazan ayı müsəlmanlardan ötrü yemək ayıdır, qonaqlıq ayıdır, toy-bayram ayıdır. C.Məmmədquluzadə.
Bəllidir yerimiz yəqin divana. H.K.Sanılı.

□ Yəqin bilmək – tamamilə düzgün olduğuna inanmaq, heç bir şübhə etməmək. Məsələni yəqin bilmirəm.

– Onu yəqin bil ki, mənim sözüm sözdür. Ü.Hacıbəyov.

Yəqin etmək – bir şeyin doğruluğuna tamamilə inanmaq, yəqinlik hasil etmək.

Mən bunların Hacı Mirzağa Billurinin əmri ilə gəldiklərini yəqin etdim. M.Ordubadi.

Yəqin olmaq – doğru olduğu aşkara çıxmaq, sübuta çıxmaq.

Məsələ yəqin oldu. Ü.Hacıbəyov.

// Xəbər şəkilçisi ilə yəqindir – şübhəsizdir, şübhə yoxdur.

Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz. S.Ə.Şirvani.

2. is. Həqiqət; əsil, həqiqi vəziyyət, hal və s. Yəqinini bilmirəm. Yəqin budur ki, … Yəqininə gəldikdə…
3. ara s. Ehtimal, ola bilsin, görünür (bu mənada çox vaxt “ki” bağlayıcısı ilə). Əhvalatı, yəqin, sən də eşitmisən. Yəqin, kino da olacaq. Yəqin, xəstədir. Yəqin, gələcək. Yəqin ki, cavanlığını xatırlayır.

– Yəqin ki, Sultan bəyin qızıdır, amma əcəb gözəl qızdır, bərəkallah, Əsgərə! Ü.Hacıbəyov.
Yəqin ki, məni də müzakirəyə çağıracaqlar. M.Hüseyn.
[Qadın] yəqin, bu sakit guşədə kənar bir göz olmadığına şübhə eləmirdi… İ.Hüseynov.

 

 

YƏQİN nədir? – YƏQİN nedir? – YƏQİN sözünün mənası – YƏQİN sozunun menasi – YƏQİN nə deməkdir? – YƏQİN ne demekdir? – YƏQİN sözünün izahı – YƏQİN sozunun izahi – YƏQİN sözünün istifadəsi – YƏQİN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.