DOLDURMAQ
1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq (tökmək), dolu hala gətirmək. Kisəni unla doldurmaq. Vedrəni su ilə doldurmaq. Topu hava ilə doldurmaq. Anbarı odunla doldurmaq.
// Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil etmək. Məqaləsini sitatlarla doldurmuşdur.
// Bir şeyi bir qabın və s.-nin içinə qoymaq, tökmək. Paltarları çamadana doldur. Bu almaları yerdən yığıb tabağa doldur.
// Yükləmək, qoymaq. Dolu kisələri maşına doldurdular. Vaqonları yüklə doldurmaq.
// Kütlə halında bir yerə yığmaq, toplamaq, bir yerdə cəmləşdirmək, bir yerə daxil etmək, salmaq.
// məc. Yayılmaq, tutmaq, çulğalamaq, bürümək; yayılaraq bürümək. Duman dərəni doldurmuşdur. Güllərin ətri otağı doldurmuşdur.
// Kütlə halında bir yerə daxil olmaq, doluşmaq, yerlərin hamısını tutmaq. Tamaşaçılar zalı doldurmuşdular.
2. Tamamilə yerinə yetirmək, həyata keçirmək, ödəmək. Planı doldurmaq.
3. Anketin, blankın və s.-nin boş qoyulmuş yerlərinə lazım olan şeyləri yazmaq. Anket doldurmaq. Poçt blankını doldurmaq.
4. Tüfəng, tapança və b. odlu silahlara barıt, güllə və s. qoyub atılmağa hazırlamaq.
5. Dənizə, gölə, bataqlığa və s.-yə daş, torpaq və s. tökməklə quru hala gətirmək, qurutmaq. Bataqlıqları doldurmaq. Sahilin dayaz yerlərini doldurdular.
// Çuxur bir yerə daş, torpaq və s. töküb onu düzləndirmək. Çalanı doldurmaq. Xəndəyi doldurmaq. Quyunu doldurmaq.
6. Əskik olan şeyi tamamlamaq, bir şeyin kəsirini tamam etmək.
DOLDURMAQ nədir? – DOLDURMAQ nedir? – DOLDURMAQ sözünün mənası – DOLDURMAQ sozunun menasi – DOLDURMAQ nə deməkdir? – DOLDURMAQ ne demekdir? – DOLDURMAQ sözünün izahı – DOLDURMAQ sozunun izahi – DOLDURMAQ sözünün istifadəsi – DOLDURMAQ sozunun istifadesi