YAYMAQ

f.
1. Bir şeylə yastıladaraq nazik qat halına salmaq, uzatmaq, açmaq, böyütmək.

Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi. Ə.Vəliyev.

2. Ətrafa səpələmək, dağıtmaq, tək-tək, sərbəst otlamağa buraxmaq. Sürünü otlağa yaymaq. – [Kərim baba:] Qışlaqda idik, payızın aydınlıq gecəsi idi.

Qoyunları yayıb bir daş üstündə uzanmışdım. A.Şaiq.

3. Hamıya bildirmək, hamının bilməsinə səbəb (vasitə) olmaq. Söz yaymaq. Şayiə yaymaq. Xəbər yaymaq.

[Zeynal:] [İncə] onabuna xəbər yayıb. C.Cabbarlı.

[Ağarza:] Pis olmaz ki, şikayətlərinizi üzümüzə deyəsiniz.

Biz də nöqsanımızı bilək, … nəinki dalda danışmaq, söz yaymaq, filan. Mir Cəlal.

□ Xalqa (camaata) yaymaq – hamıya bildirmək, hamıya tanıtmaq, hamıya xəbər vermək.

Molla Cümə sənin vəsfin deyibdi; Götürübən əziz xalqa yayıbdı. Molla Cümə.

4. Təbliğat məqsədi ilə paylamaq, intişar etmək, dağıtmaq.

Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. M.S.Ordubadi.
…Firidungil ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar. M.İbrahimov.

5. Başqalarına öyrətmək məqsədi ilə intişar etdirmək. Qabaqcılların təcrübəsini geniş yaymaq.
6. Öz təsirini (səsini, iyini və s.) ətrafda hiss etdirmək (eşitdirmək), ətrafa saçmaq, ətrafı doldurmaq. Çiçəklər ətrini ətrafa yayırdı.

– Küləklər yayırdı geniş düzlərə; Muğan qızlarının şərqilərini. S.Vurğun.
Yavaş-yavaş çıxmaqda olan Ay öz … işığını ətrafa yayırdı. M.İbrahimov.

 

 

YAYMAQ nədir? – YAYMAQ nedir? – YAYMAQ sözünün mənası – YAYMAQ sozunun menasi – YAYMAQ nə deməkdir? – YAYMAQ ne demekdir? – YAYMAQ sözünün izahı – YAYMAQ sozunun izahi – YAYMAQ sözünün istifadəsi – YAYMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.