DAYANMAQ
1. Hərəkətsiz hala düşmək; hərəkətini, işini saxlamaq. Kim isə zəncirləri yerə atır.
// Fəaliyyətdən qalmaq, daha fəaliyyət göstərməmək, fəaliyyətini kəsmək.
// Kəsilmək, qurtarmaq, ara vermək.
2. Bir yerdə qərar tapmaq, gəlib bir yerdə durmaq, daha irəli hərəkət etməmək.
3. Ayaq üstə durmaq.
// Durmaq, çəkmək. Növbədə dayanmaq.
4. Dözmək, tab gətirmək, davam gətirmək, qatlaşmaq.
5. Səbat göstərmək, üstündə durmaq, israr etmək. Sözünün üstündə dayanmaq.
6. Bir şey haqqında müfəssəl danışmaq.
7. Səbir etmək, gözləmək, toxtamaq, duruş gətirmək. Bir qədər dayanmaq lazımdır.
□ Dayanıb durmaq – sakit durmaq, toxtamaq, heç bir təşəbbüs, hərəkət göstərməmək, iş görməmək, heç nə etməmək.
Dayanıb duran yerdə – heç bir səbəb olmadan, nahaqdan.
8. Qalxmaq, yüksəlmək (adətən “ərşə”, “göyə” sözləri ilə).
DAYANMAQ nədir? – DAYANMAQ nedir? – DAYANMAQ sözünün mənası – DAYANMAQ sozunun menasi – DAYANMAQ nə deməkdir? – DAYANMAQ ne demekdir? – DAYANMAQ sözünün izahı – DAYANMAQ sozunun izahi – DAYANMAQ sözünün istifadəsi – DAYANMAQ sozunun istifadesi