ZÜMRÜD

[ ər. ]
1. is. Yaşıl rəngli qiymətli daş.
2. Sif. mənasında. Zümrüddən qayrılmış. Zümrüd bilərzik. Zümrüd üzük qaşı.

[Qızlar] zümrüd və almaz xalxalları topuqlarına bağladılar. M.S.Ordubadi.

3. Sif. mənasında. Yamyaşıl, yaşıl, tündyaşıl şey haqqında (təşbeh məqamında).

Zümrüd dağlar üstündəki al şəfəqlər sönərkən, qonşu bağçalarda həzin bir ney səsi inlədi. H.Cavid.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl! Seyr edəlim qol-qola bu zümrüd çəməndə, gəl… M.Müşfiq.
Zümrüd rəngli dənizə; Bir baş vur; Bir çim, qaral. N.Rəfibəyli.
Yadıma yurdumun çölü, çəməni; Suyu zümrüd rəngli göllərim gəlir! M.Dilbazi.

◊ Zümrüd quşu – qədim əfsanələrdə: özünü odda yandırıb sonra küldən törəyən əfsanəvi quş (əbədiyyət rəmzi kimi işlənir).

 

 

ZÜMRÜD nədir? – ZÜMRÜD nedir? – ZÜMRÜD sözünün mənası – ZÜMRÜD sozunun menasi – ZÜMRÜD nə deməkdir? – ZÜMRÜD ne demekdir? – ZÜMRÜD sözünün izahı – ZÜMRÜD sozunun izahi – ZÜMRÜD sözünün istifadəsi – ZÜMRÜD sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.