DAĞ-DAŞ
// Ümumiyyətlə, dağlıq, qayalıq, təpəlik.
// məc. Cansız təbiət mənasında.
◊ Dağa-daşa düşmək – 1) ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək;
2) axtarmaq.
Dağa-daşa salmaq – çətinliyə salmaq, ora-bura göndərmək, avara etmək.
Dağa-daşa sığmamaq (sevinməkdən, şadlıqdan) – sevincinin həddi-hüdudu olmamaq.
Dağdaş dilə gəlmək, dağ-daş titrəmək (səsdən, fəryaddan, nərədən və s.
-dən) – çox güclü səs, gurultu haqqında.
Özünü dağa-daşa vurmaq (çırpmaq) – öz məqsədinə çatmaq və ya başqa səbəbə görə heç bir çətinlikdən qorxmayaraq özünü hər yerə vurmaq, yorulmaq bilmədən çalışmaq.
DAĞ-DAŞ nədir? – DAĞ-DAŞ nedir? – DAĞ-DAŞ sözünün mənası – DAĞ-DAŞ sozunun menasi – DAĞ-DAŞ nə deməkdir? – DAĞ-DAŞ ne demekdir? – DAĞ-DAŞ sözünün izahı – DAĞ-DAŞ sozunun izahi – DAĞ-DAŞ sözünün istifadəsi – DAĞ-DAŞ sozunun istifadesi