İNDİ
1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. İndi gəldi. İndi gedəcəyəm.
// Bu saat, tez.
// Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. İndi mən o adam deyiləm. İndi o çox ağıllanmışdır. İndi adam lazımdır ki, bu işi boynuna götürsün.
2. Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. İndi o biri söhbətə keçək. İndi mən sizi yeni əsərlərlə tanış edəcəyəm.
◊ İndi də – 1) hələ də.
2) indi, bu dəfə.
İndi ki – bir halda ki, madam ki, əgər. İndi ki sən gedirsən, mən getmirəm.
İNDİ nədir? – İNDİ nedir? – İNDİ sözünün mənası – İNDİ sozunun menasi – İNDİ nə deməkdir? – İNDİ ne demekdir? – İNDİ sözünün izahı – İNDİ sozunun izahi – İNDİ sözünün istifadəsi – İNDİ sozunun istifadesi