XAİN
1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük.
// məc. Etibarsız, vəfasız, aldadıcı, bel bağlanıla bilməyən.
// İs. mənasında. [Dəmirqaya:] Yəqin ki, aramızda olan xainlər [casusa] hər işimizi xəbər veriblər.
□ Xain baxmaq – 1) pis (xain) gözlə, pis niyyətlə baxmaq, təmiz ürəklə baxmamaq.
2) bax xain çıxmaq.
Xain çıxmaq – vətəninə, xalqına, dostuna, yaxınına xəyanət etmək, dönüklük göstərmək.
2. məc. Gördüyü yaxşılığa qarşı nankorluq edən; nankor, paxıl, qəlbiqara. Çox xain adamdır.
XAİN nədir? – XAİN nedir? – XAİN sözünün mənası – XAİN sozunun menasi – XAİN nə deməkdir? – XAİN ne demekdir? – XAİN sözünün izahı – XAİN sozunun izahi – XAİN sözünün istifadəsi – XAİN sozunun istifadesi