İŞLƏTMƏK
1. İş gördürmək, işlə məşğul etmək, iş görməyə məcbur etmək; çalışdırmaq. Fəhlə işlətmək. Uşağı işlətmək. Qızı uşaqlıqdan işlətmək.
2. Bir şey üçün istifadə etmək; faydalanmaq.
3. Tətbiq etmək, işə salmaq. Siyasət işlətmək. Fənd işlətmək. Hiylə işlətmək.
4. Sərf etmək. Pulu qənaətlə işlətmək.
// İçmək, qəbul etmək, yaxud içmək və ya yemək kimi istifadə etmək.
5. Danışıqda, yazıda tətbiq etmək, istifadə etmək. Qəliz ibarələr işlətmək.
6. Adətən “qarnını” sözü ilə – ifraz prosesini qaydaya salmaq, yaxud əksinə, ayaqyoluna salmaq.
İŞLƏTMƏK nədir? – İŞLƏTMƏK nedir? – İŞLƏTMƏK sözünün mənası – İŞLƏTMƏK sozunun menasi – İŞLƏTMƏK nə deməkdir? – İŞLƏTMƏK ne demekdir? – İŞLƏTMƏK sözünün izahı – İŞLƏTMƏK sozunun izahi – İŞLƏTMƏK sözünün istifadəsi – İŞLƏTMƏK sozunun istifadesi