AMAN
1. Əmin-amanlıq, əmniyyət, təhlükəsizlik, qorxusuzluq, dinclik.
2. Möhlət, macal, imkan.
□ Aman vermək – macal vermək, imkan vermək, vaxt vermək, rahat buraxmaq.
3. Rəhm, mərhəmət. Düşmənə aman yoxdur.
□ Aman vermək – rəhm etmək, mərhəmət etmək, əfv etmək, bağışlamaq.
4. İmdad, yardım, kömək, nicat, mərhəmət diləyi. Aman istəmək. – Amana gələnin boynunu qılınc kəsməz. ( Ata. sözü ).
5. Taqət, qüvvət, güc.
□ Amanı kəsilmək (qırılmaq) – üzülmək, əldən düşmək, yorulmaq, taqətdən düşmək.
Amanını kəsmək – yormaq, üzmək, əldən salmaq, taqətdən salmaq. Soyuq əsgərin amanını kəsdi.
6. nida. Can ağrısı, həyəcan, fəryad, iztirab, qorxu və s. hissləri ifadə edir. Aman, başım ağrıyır.
// Heyrət, təəccüb bildirir. Aman, bu sənsən! Aman, bu nədir?
7. nida. Rica, xahiş, yalvarış bildirir (bəzən “amandı”, “amandır” şəklində işlənir).
// Yenə həmin mənada bəzən “günüdür” sözü ilə bərabər işlənir. Aman günüdür, onu tək qoyma. Aman günüdür, tək getmə. Aman günüdür, özünü gözlə.
8. nida. Narazılıq, şikayət, nifrət bildirir (çox vaxt “əlindən” sözü ilə birlikdə).
◊ Aman evi – daldalanacaq yer, pənah gətiriləcək yer. (Qarabağ xanı Pənah xan bu fikirdə oldu ki), … möhkəm bir bina və qala tikilsin.
And-aman eləmək – bax and-aman.
AMAN nədir? – AMAN nedir? – AMAN sözünün mənası – AMAN sozunun menasi – AMAN nə deməkdir? – AMAN ne demekdir? – AMAN sözünün izahı – AMAN sozunun izahi – AMAN sözünün istifadəsi – AMAN sozunun istifadesi