ƏCƏB
1. klas. Təəccüblü, qəribə.
2. Gülməli, əyləncəli, məzəli, çox qəribə.
3. Çox yaxşı, çox gözəl, əla. Əcəb şeydir. Əcəb kitabdır.
4. dan. Təəccüb bildirir – görəsən. Əcəb, nə oldu ki, gəlib çıxmadı?
5. dan. Təsdiq bildirir – bəli, hə. – Sən yemək yeyəcəksənmi? – Əcəb.
6. dan. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. Əcəb işə düşdük?
! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən! ◊ Əcəb eləmək dan. – yaxşı eləmək, əlindən gəlmək.
Əcəb ki – nə yaxşı ki, yaxşı oldu ki, nə yaxşı… Əcəb ki, tez gəldim, yoxsa tamaşaya gecikəcəkdim.
Əcəb oldu – yaxşı oldu, elə də lazım idi.
Nə əcəb? – 1) təəccüb, heyrət, sual bildirir.
Mənimlə tikdirdiyin qırx üç manatlıq tufliləri nə əcəb geyməyib, belə sarı səndəldə dolanırsan? Qantəmir;
2) təəccüblü deyil, təəccüblü bir şey yoxdur, buna təəccüb etmə(yin).
Sizdən (səndən, ondan və i.a.) nə əcəb? – təəccüb, sual məqamında.
ƏCƏB nədir? – ƏCƏB nedir? – ƏCƏB sözünün mənası – ƏCƏB sozunun menasi – ƏCƏB nə deməkdir? – ƏCƏB ne demekdir? – ƏCƏB sözünün izahı – ƏCƏB sozunun izahi – ƏCƏB sözünün istifadəsi – ƏCƏB sozunun istifadesi