ZALIM

sif.is. [ ər. ]
1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. Zalım padşah. Zalım istismarçılar.

– Mən görmüşəm, kafirim də görməsin; Nə yaman dərd imiş zalım ayrılıq. Molla Cümə.
…Bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna. C.Məmmədquluzadə.
Eh zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən hər yada; Kor olasan dünyada. S.Vurğun.

2. zar. Bəzən bacarıqlı, zirək, məharətli adam haqqında.

Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. C.Məmmədquluzadə.

// Eyni mənada bəzən oğlu, balası, uşağı və s. sözlərlə işlənir. Zalım oğlu yaman güləşirdi.

Zalım qızında bir səs var ki… – Ağzını açan kimi, Hacı zalım oğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır. C.Cabbarlı.
[Mərcan bəy:] Ay zalım balası, zalım! Məni sən aldatdın! Ü.Hacıbəyov.
Sarı simə keç, ay zalım balası, sarı simə. M.İbrahimov.
[Qaradonlu:] Dedi-qodu gəzdirməsə, dinclik tapmır da, zalımın qızı. İ.Hüseynov.

◊ Zalım sual – çətin sual, cavab verilməsi çətin olan sorğu.

Bir tərəfdən uşaqların faciəli halları, o biri tərəfdən Zəhranın zalım sualı Zeynala artıq dərəcədə təsir etdi. S.Hüseyn.
Bu zalım sual qılınc kimi qarşımda durdu. T.Ş.Simurq.

 

 

ZALIM nədir? – ZALIM nedir? – ZALIM sözünün mənası – ZALIM sozunun menasi – ZALIM nə deməkdir? – ZALIM ne demekdir? – ZALIM sözünün izahı – ZALIM sozunun izahi – ZALIM sözünün istifadəsi – ZALIM sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.